Sahibkardan Orduya növbəti dəstək - 100 MİN MANAT
“Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.
“Mətanət-A” şirkətindən Marja-ya daxil olmiş məlumatda bildirilir ki, böyük qələbə anını yaxınlaşdırmaq üçün arxa cəbhədən Şanlı ordumuza dəstək göstərmək hər bir sahibkarın borcudur:
"Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün apardığı uğurlu əks-hücum əməliyyatı hər birimizə sevinc və qürur hissi yaşadır. 30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır.
Ermənipərəst ideoloqlar, erməni lobbisi və diasporu tarixi təhrif edərək öz ölkəsinin gənclərinə Qarabağı Ermənistanın torpağı kimi tanıtmağa çalışıblar, hətta tarix dərsliklərində də Qarabağ Ermənistanın torpağı kimi uşaqların şüurlarına yeridilir. Bütün Dünya Azərbaycanlılarından xahiş edirik ki, sosial şəbəkələrdə aktiv olaraq, erməni gənclərinə Qarabağın əzəli Azərbaycan torpağı olmağı ilə bağlı həqiqətləri çatdırsınlar. Onlara bildirmək lazımdır ki, yalnız öz ideoloqlarının, siyasətçilərinin saxta fikirləri və təhrif olunmuş dərsliklərlə kifayətlənməyib dünya tarixinə də nəzər salsınlar və bu zaman onlar Qarabağ torpağının əzəli Azərbaycan torpağı olmasının şahidi olacaqlar. Bunun nəticəsində erməni gənclərində onların saxtakar ideoloqlarına və siyasətçilərinə nifrət hissi oyanacaqdır və bu da Ermənistanın məkrli siyasətini həyata keçirməsinin və bəzi ölkələrin bu münaqişədən öz maraqları üçün istifadə etməsinin qarşısını alacaqdır.
Qarabağ Azərbaycandır!
“Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
16 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
21 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























