Aqrar sahəyə marağı olan şəxslər üçün böyük imkan - ŞİRKƏT PULSUZ ÖYRƏDƏCƏK
“Aqro Dairy” MMC, şirkətin Hacıqabul rayonunda yerləşən ofis binasında zəruri işləri yerinə yetirməklə, 28 sentyabr 2020-ci il tarixindən fermerlər, aqronomlar, toxumçuluqla məşğul olanlar və digər maraq göstərənlər üçün ödənişsiz təlimlərin təşkilinə başlayacaq.
Bunu Marja-ya “Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev bildirib.
O, "Təlim prosesi necə təşkil olunacaq və hansı məsələləri əhatə edəcəkdir?"sualına belə cavab verib:
"Kənd təsərrüfatı üzrə ekspertlərimizin, bilavasitə tarlada çalışan aqronomlarımızın təcrübələrinin bölüşməsi bu sahəyə marağı olan şəxslər üçün böyük bir imkandır. İlkin mərhələdə təlimin mövzuları “Torpaq becərmə məsələləri və torpağın səpinə hazırlanması”, “Bitki yetişdirilməsi (buğda və arpa)”, “Suvarmanın idarəolunması”, “Dənli bitkilərin inkişaf mərhələlərinin diaqnostikasının öyrənilməsi”, “İlkin toxumçuluq və reproduksiyalı toxum istehsalı” kimi sahələri əhatə edəcəkdir. Növbəti mərhələlərdə isə güman edirik ki, təlim mövzuları qarşılıqlı şəkildə, həm də bilavasitə iştirakçıların istəklərinə uyğun müəyyənləşdiriləcəkdir".
Təlimdə iştirak pulsuzdur. Təlim iştirakçılarının nəqliyyatı şirkət tərəfindən təmin olunacaqdır. Təlim proqramı sizin üçün maraqlıdırsa, qeyd edilən nömrəyə zəng edə bilərsiniz. 051 201 77 20.
Qeyd edək ki, "Agro Dairy" şirkəti 2014-cü ilin sonlarında yaradılmışdır. Artıq 6 ilə yaxındır ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına öz müasir və yenilikçi ideyalarımızı verməyə və onları iş prosesində tətbiq etməyə çalışır.
Həmçinin oxu
Agro Dairy: Yararsız torpaqlarda yüksək məhsuldarlıq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
20 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)







