Çin orbitə eyni raketlə 9 peyk çıxarıb
Çin sentyabrın 15-də Sarı dənizdə üzən buraxılış məntəqəsindən “Long March-11” raketdaşıyıcısı ilə orbitə 9 peyk çıxarıb.
"Jilin-1 Gaofen 03-1” qrupundan olan peykləri orbitə çıxaran raketin buraxılışı yerli vaxtla saat 09:23-də olub. Videoçəkiliş üçün nəzərdə tutulan peyklərdən ikisi Çin Mərkəzi Televiziyası (CCTV), digəri isə “Bilibili” video paylaşım platformasına xidmət edəcək. Ümumilikdə, 9 peyk ölkədə ərazilərin tədqiqatı, şəhər planlaşdırılması, təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq.
Qeyd edək ki, Çin Kosmos Elmləri və Texnologiyaları Korporasiyasının hazırladığı “Long March-11” (Böyük yürüş”) daşıyıcı raketi bərk yanacaqla işləyir. Belə raketlər kiçik ölçülü peykləri orbitə çıxarmaq üçün istifadə olunur. Bu, "Long March" seriyasından olan raketlərin 346-cı buraxılışı idi.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
35 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 37 d. əvvəl
-
-
42 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
47 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb




























