Mərkəzi Bankın valyuta ehtiyatları artıb yoxsa azalıb?
Bu il Dövlət Neft Fondundan Mərkəzi Banka 7 milyard 500 milyon manatın transfert edilməsi nəzərdə tutulub.
“Marja” xəbər verir ki, bir neçə gün öncə Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Fondun makroiqtisadi sabitliyin təmin olunması üçün Mərkəzi Banka 2 milyard 279 milyon manat transfert etdiyini açıqladı. Bu məbləğ, hazırkı rəsmi məzənnə ilə təxminən 1 milyard 340 milyon dollar edir.
Mərkəzi Bankın statistikasına görə, bu il Bankın rəsmi valyuta ehtiyatları 458,3 milyon dollar artaraq 31.03.2017-ci il tarixində 4 milyard 432.7 milyon dollar təşkil edib.
Əgər Neft Fondu Mərkəzi Banka 1 milyard 340 milyon dollar tranfer edibsə, nə üçün valyuta ehtiyatları 458,3 milyon dollar artıb?
Burada 3 ehtimal var. Birincisi ola bilər ki, əslində Mərkəzi Bankın valyuta ehtiyatları 882 milyon dollar azalıb. 1 milyard 340 milyon dollar tranfer bu azalmanı artıqlaması ilə bağlayıb. Azalma Mərkəzi Bankın hərraclarda valyuta satması ilə baş verə bilərdi.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2017-ci ilin yanvar ayında 285 milyon dollar, fevralda 258,4 milyon dollar, mart ayı ərzində isə 250 milyon dollar olmaqla cəmi 793,4 milyon dollar məbləğində vəsait satılmışdır. Əgər Mərkəzi Bank da hərraclarda 882 milyon dollar satmışdırsa, bu il hərraclarda banklara satılan cəmi məbləğ 1 milyard 675,4 milyon dollar olardı. Bu məbləğ inandırıcı görünmür.
İkinci ehtimala görə, Neft Fondu Mərkəzi Banka vəsaitin xeyli hissəsini manat şəkilində transfer edib. Ötən il Neft Fondu hərraclarda Dollar sataraq aldığı manatların hamısını dövlət büdcəsinə köçürmədiyindən manatda xeyli vəsaiti mövcud idi.
3-cü ehtimala görə, Mərkəzi Bank Neft Fondundan aldığı tranfertin bir hissəsini digər təşkilatlara borc verə bilər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
47 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























