Azərbaycanda dəmir filizi yatağında geoloji kəşfiyyat proqramının icrasına başlanır
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamına uyğun olaraq “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlayır.
Belə ki, “AzerGold” QSC tərəfindən yatağın qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat proqramı tərtib edilib. Hazırda bütün tarixi geoloji məlumatlar toplanaraq rəqəmsallaşdırılır, xüsusi proqram təminatları vasitəsi ilə yatağın ilkin 3 ölçülü geoloji modeli hazırlanır. Proqrama əsasən, ilkin olaraq ehtiyatlar üzrə resursların təsdiq edilməsi istiqamətində 4 sahəni əhatə edən 32 ədəd buruq quyusunun qazılması nəzərdə tutulub. İlkin tədqiqat layihəsi çərçivəsində ümumi olaraq 21 min metr dərinlikdə buruq qazma işlərinin icrası planlaşdırılır. 6500 metr həcmində qazma işlərinin isə cari ildə yekunlaşdırılması hədəflənir. Bu işlərin yekununda ilkin resurslara dair məlumatlar bazası formalaşacaq, eləcə də ehtiyatların artırılması, dəqiqləşdirilməsi və tam təsdiqi üçün nəticələr təhlil edilərək növbəti kəşfiyyat proqramları hazırlanacaq.
Bütün tədqiqat işləri müasir yanaşmalara və beynəlxalq standartların tələblərinə uyğun şəkildə təcrübəli və peşəkar heyət tərəfindən icra ediləcək. Geoloji kəşfiyyat işlərinin yekunu olaraq yatağın geoloji modelləri tərtib edilərək mövcud resurs və ehtiyatları beynəlxalq JORC standartlarına uyğun yenidən hesablanacaq, habelə, hazırda azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq iqtisadi səmərəli hesab edilən resurslar yenidən qiymətləndiriləcək.
“AzerGold”un yaydığı məlumatda qeyd edilib ki, ilkin qiymətləndirmə sənədinin hazırlanması istiqamətində aparılan tədqiqatlar mədənçilik layihələrinin icrasında zəruri addımlardan hesab olunur. Belə ki, əldə ediləcək tədqiqat nəticələri mədənin ilkin resursları və hasil edilməsi gözlənilən ehtiyatları əsasında layihə üzrə perspektivləri və maliyyə proqnozlarını müəyyən edəcək. Bu mərhələ üzrə uğurlu göstəricilər növbəti, daha təfərrüatlı araşdırma və tədqiqat mərhələsinə keçməyə və sosial-iqtisadi göstəricilərin dəqiqləşdirilməsinə xidmət edəcək.
Məlumat üçün bildirək ki, proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Sözügedən layihə ilə əlaqədar ilkin qiymətləndirmə sənədi hazırlandıqdan sonra dövlətə təqdim ediləcək.
Qeyd edək ki, dövlət başçısı tərəfindən “AzerGold” QSC-yə tədqiqat işlərinin qısa müddətdə nüfuzlu yerli və xarici məsləhətçilər cəlb edilməklə beynəlxalq standartlara uyğun aparılması tapşırılmış və cari ildə işlərin icrası üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.
Xatırladaq ki, “Daşkəsən” dəmir filizi yatağı 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar edilib. 350 milyon ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 milyon tonu məhz bu illər ərzində hasil edilib. Yatağın yenidən istismarı yerləşdiyi bölgənin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın ölkənin qeyri-neft sektorunda mövqeyinin güclənməsinə səbəb olacaq. Yataqda hasilatın bərpası bir çox yan sahələrin tərəqqisinə, regionlarda iş təminatının yaxşılaşdırılmasına, yerli şirkətlərin fəaliyyəti üçün yeni və daha geniş imkanların yaranmasına da öz əhəmiyyətli töhfəsini verəcək.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 23 d. əvvəl
-
46 d. əvvəl
NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
Ən çox oxunanlar
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır






















