“Günay Sığorta”da yeni təyinat
Sığorta sahəsinin peşəkar kadrlarından olan Kamran Babayev ”Günay Sığorta” ASC-nin İdarə Heyətinin müşaviri vəzifəsinə təyin edilib.
Şirkətin yaydığı məlumata görə, Kamran Babayev 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində hüquqşünaslıq, 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarəedilməsi üzrə bakalavr təhsili alıb. 2005-2006-ci illərdə o, Londonun "Chartered Insurance" İnstitutunda sığorta üzrə təhsilini davam etdirib.
Kamran Babayev 2003-2007-ci ildə “MBASK Sığorta” şirkətində Anderayter, 2007-2008-ci ildə "Beynəlxalq Sığorta Şirkəti"ndə Baş Anderayter, 2008-2012-ci illərdə isə Daxili Audit Departamentinin direktoru, 2012-2016-cı illərdə "Buta Sığorta"nın İdarə Heyətinin üzvü, 2017-ci ildən “Azərbaycan Sənaye Sığorta” Şirkətinin İdarə Heyətinin sədri, 2020-ci ildə “Standard Sığorta” şirkətinin sədri vəzifələrini icra edib.
“Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədri Aqşin Cahangirov vəzifəsini tərk edib. Ötən ilin Oktyabr ayında Akşın Cahangirov “Günay Sığorta” ASC-nin İdarə Heyətinə sədr təyin edilmişdi.
Hal hazırda şirkətdə İdarə Heyətinin sədri vəzifəsini İdarə Heyətinin üzvü Gülnarə Cavadova icra edir. Gülnarə Cavadova 2018-ci ildən “Günay Sığorta” şirkətində çalışır və daha öncə Başak İnam, Az Sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışmışdır.
Şirkətin yeni strategiyasına uyğun olaraq yeni struktur qurulub və yeni strategiya istiqamətində işlər aparılır.
Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə 10 nümayəndəlik və 100-dən çox satış nöqtəsi ilə müştərilərinə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
11 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)






