Dolların qiymətləri yenidən düşür, dərinləşə bilər
Beynəlxalq maliyyə bazarlarında FED-in toplantı protokolunun yayımlanmasından sonra Amerika fond indeksi "SP500" ucuzlaşsa da cümə axşamı texnologiya şirkətlərinin bahalaşması fonunda indeks yenidən yuxarıya doğru dalğalanmağa başlayıb. Bahalaşma Amerika iqtisadiyyatı fonunda artan bədbin gözləntiləri bir gün sonra təsdiqləyən cümə axşamı dərc edilən mənfi fundamental göstəricilərlə məhdudlaşdırılsa da "SP" indeksi 3400 punktun qırılması ilə 3480 punkta kimi əlavə olaraq 2.4% dəyər qazana bilər.
Foreks bazarlarında isə investorların səhm və istiqraz bazarından çıxaraq dollara yönəlməsi, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də bahalaşmasına səbəb olsa da "SP500" indeksində 20% paya sahib "Amazon", "Alphabet", "Facebook", "Apple" und "Microsoft" kimi şirkətlərin qiymətlərində bahalaşma, tendensiyanın geri qayıtmasına səbəb oldu.
Beləliklə, dolların qiymətləri yenidən ucuzlaşır və dollar indeksi üzrə təhlillərə əsasən, 95.56 punktun qırılması ilə ucuzlaşma əlavə olaraq 0.5%-a kimi dərinləşə bilər.
EURUSD məzənnəsi artıq 1.19$-ı qırmaq üzrədir və bunun baş verməsi təqdirdə, bahalaşma 1.1935$-a kimi sürətlənə bilər. GBPUSD məzənnəsi isə 1.32$-ın üzərində təklif edilir və 2020-ci ilin maksimumun qırılması ilə bahalaşma 1.34$-a kimi davam edə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00 və 12:30-da müvafiq olaraq Avrozona və İngiltərənin sənaye və xidmət sektorlarında biznes aktivliklərinə dair yayımlanacaq önəmli fundamental göstəricilər də treyderlərin diqqət mərkəzindədir.
Dünyanın nəhəng texnolgiya şirkətlərinin maksimumlarını qeyd etdikləri bir vaxtda, əlvan metallar bazarlarında qızılın qiymətində korreksiya müşahidə edilir. Bir unsiya üzrə qiymətin 1956$-ın altında qaldıqca, 1885 və 1804$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 43 d. əvvəl
-
-
59 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir

















.jpg)





