Hesab.az ilə Xalq Bankdan yeni kampaniya!
(®️) Hesab.az və Xalq Bank hər zaman birlikdə uğurlu layihələrə imza atmış, birgə kampaniyalar həyata keçirərək sahib olduqları istifadəçi,müştəri bazasına dəyərli, faydalı, qazandıran təkliflər təqdim etmişlər. Əməkdaşlıqları çərçivəsində əsas məqsəd xüsusilə onlayn ödənişi stimullaşdırmaq və kart ilə ödəniş vərdişlərini inkişaf etdirməkdir. Bu ay da Hesab.az Xalq Bankla birgə həyata keçirdiyi yeni kampaniyasını istifadəçilərinə təqdim edir.
Kampaniya haqda qısaca qeyd edək ki, kampaniyada 15 avqust-15 sentyabr tarixlərində Hesab.az-da qeydiyyatlı olaraq istənilən Xalq Bank kartı ilə ödəniş edən bütün istifadəçilər ödənişləri zamanı (Sığorta istisna olmaqla) 2 qat bonus qazanacaqlar. Bununla yanaşı, müəyyən olunmuş məbləğdə qeyd olunmuş ödənişlərini Hesab.az -da ödəyən Xalq Bank kartı sahibləri sentyabr ayında keçiriləcək Qapalı Hərracda iştirak haqqı qazanmış olacaqlar. Mobil telefon, powerbank
səsgücləndirici kimi bir çox hədiyyənin olacağı Hərrac-da yalnız 1-ci mərhələdə şərtlərə düzgün əməl etmiş istifadəçilər iştirak edə biləcəklər. Kampaniya haqda ətraflı məlumat: https://hesab.az/#/xalqbank/auction
Eyni zamanda, Xalq Bank ilə əməkdaşlığa əsasən Visa kartı olmayan istifadəçilər Hesab.az üzərindən müraciət formunu dolduraraq Xalq Bankdan pulsuz Visa Classic kartı əldə edə biləcəklər. Müraciət formu: https://hesab.az/#/xalqbank
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.*
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
1 d. əvvəl
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana 94 milyon avro kredit ayırıb
- 3 d. əvvəl
-
10 d. əvvəl
Azərbaycanda tütün əkinlərinin sığortası başlandı - ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 13 d. əvvəl
-
48 d. əvvəl
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb - YENİLƏNİB
-
58 d. əvvəl
"CASPIAN FINANCE" BOKT-ın nizamnamə kapitalı 2 dəfə azaldılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində qanvermə aksiyası keçirilib - FOTOLAR
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"CASPIAN FINANCE" BOKT-ın nizamnamə kapitalı 2 dəfə azaldılıb
Ən çox oxunanlar
"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək
Hacıqabul Quşçuluq Şirkətində qanvermə aksiyası keçirilib - FOTOLAR
"PashaPay" şirkəti "Competo" şirkətində paya sahib olub
"Kapital Bank" audit olunmuş maliyyə göstəricilirəni açıqladı














.jpg)











