Valyutadəyişmə məntəqələrinin açılması manatın məzənnəsinə təsir edə bilər
Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Təklif edilən dəyişikliklər nəticəsində valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.
Qeyd edək ki, hazırda valyutanın alışı və satışı Mərkəzi Bankın (AMB) müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsilə həyata keçirilir. Xarici valyutanın alqı-satqısı əqdləri bilavasitə müvəkkil banklar arasında, eləcə də AMB-nin maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən etdiyi qayda və şərtlər daxilində fəaliyyət göstərən valyuta birjaları vasitəsilə həyata keçirilə bilər. Müvəkkil bankların iştirakı olmadan xarici valyutanın alınması və satılmasına icazə verilmir.
25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR
Analitiklər bildirir ki, qanun layihəsi qəbul edləcəyi təqdirdə nağd valyuta bazarında valyutadəyişmə məntəqələrinin rahat şəkildə açılması mümkün olacaq. Bu, nağd valyuta bazarında rəqabəti gücləndirəcək və valyutanın alış və satış məzənnələri arasında spredi aşağı salacaq. Nəticədə, "qara bazar"da valyuta alqı-satqısının qarşısı təbii üsulla alınacaq. Valyutadəyişmə məntəqələri məzənnə spredini azaldaraq və lazımi bölgələrdə fəliyyət göstərməklə buna nail olacaq.
Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası yeni iş yerlərinin açılması ilə bərabər birinci mərtəbədə yerləşən ofislərə tələbatı da artıracaq. Qanun layihəsi vergi ödənişlərinin də həcminin artmasına gətirib çıxaracaq. Lakin, qanunun qəbul edilməsi kommersiya banklarının gəlirlərinin zəifləməsinə səbəb olacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)
