Azərbaycan və Türkiyəyə həyata keçiriləcək aviareyslərin tarixi açıqlandı
Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türk Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər.
Məlumata görə, AZAL-ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, THY-nın reysləri isə çərşənbə və cümə günlərində icra olunacaq.
Reyslərə aviabilet satışı AZAL (www.azal.az) və THY-nın (www.turkishairlines.com) rəsmi internet səhifələri vasitəsilə həyata keçiriləcəkdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Türkiyənin və digər ölkələrin ali təhsil müəssisələrində təhsil alan və ya təhsilini başa vuran Azərbaycan Respublikası vətəndaşları olan tələbələr üçün AZAL-ın İstanbul-Bakı istiqamətində reysinə olan biletin qiymətinə 30%-lik güzəşt tətbiq olunacaq.
Bu kateqoriyaya aid vətəndaşlar AZAL-ın onlayn bilet satışı portalında bilet sifariş edərkən təhsil aldıqları ölkənin müvafiq miqrasiya orqanı tərəfindən verilmiş həmin ölkədə tələbə kimi müvəqqəti yaşama hüququnu təsdiq edən sənədi təqdim etməlidirlər. Bu məqsədlə hazırda portalda müvafiq texniki işlər aparılır.
Bu güzəşt müstəsna halda bir dəfə üçün nəzərdə tutulur və tələbələrin gələcəkdə təhsil aldıqları ölkələrə təkrar uçuşları zamanı tətbiq olunmayacaq.
Bakı-İstanbul reysinə yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılır.
İstanbul-Bakı istiqamətində uçan sərnişinlər uçuşdan əvvəl 48 saat ərzində Türkiyə Səhiyyə Nazirliyi tərəfindən COVİD-19 testindən keçmək üçün tövsiyə olunmuş tibb müəssisələrində testdən keçməli və hava limanında qeydiyyatdan keçərkən mənfi nəticə barədə arayışı təqdim etməlidirlər.
Digər ölkələrdən gələn vətəndaşlar olduqları ölkənin Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumu tərəfindən şəhadət verilən laboratoriyalarda və ya Türkiyə ərazisində müəyyən olunmuş laboratoriyalarda COVİD-19 müəyinəsindən keçmələri barədə arayışı təqdim edə bilərlər.
Bakıya uçub gələn bütün sərnişinlər təyyarənin göyərtəsində onlara təqdim olunacaq iltizam sənədi vasitəsilə Azərbaycanda qaldıqları yerdə özlərini iki həftəlik müddət ərzində təcrid edəcəkləri barədə öhdəlik götürməlidirlər. Onlar özünütəcriddə qaldıqları müddətdə 8103 SMS İcazə Sistemi vasitəsilə olduqları yeri tərk edə bilməyəcəklər. Bu tələbə əməl etməyərək karantin qaydalarını pozan şəxslər Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.
COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. Bütün sərnişinlərin Azərbaycan Hava Yolları aviaşirkətinin müvafiq videotəlimatı ilə tanış olması və bu qaydalara ciddi şəkildə riayət etməsi tələb olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
9 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 17 d. əvvəl
- 18 d. əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
1 gün əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
1 gün əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 19 GÜN
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
Ən çox oxunanlar
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb







.jpg)








.jpg)




