Ölkənin ilk özəl pilot taxılçılıq təsərrüfatı susuzluqdan yanır!
Ölkənin ilk özəl pilot taxılçılıq təsərrüfatı “Qarabağ Taxıl”ın Ağcabədi və Beyləqandakı əkin sahələri susuzluqdan yanır. Şirkətin öz sahələrindən yaydığı fotoşəkillərdən görünür ki, 6000 hektara yaxın sahədə əkilmiş qarğıdalı və soya bitkiləri məhv olmaq üzrədir. Hal-hazırda sahələrdəki vəziyyət məhsuldarlığın 40% itirildiyindən xəbər verir. Qalan məhsulu xilas etmək üçün isə avqusutn ortalarına kimi dayanmadan sahələr su ilə təmin olunmalıdır. Bəs müasir suvarma sistemi olan pivot sistemini Azərbaycanda tətbiq edən ilk şirkətlərdən olan bu şirkətin su probleminin səbəbi nədir?
“Bizim taxılçılıq təsərrüfatı Azərbaycanın Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Torpaq Fondundan ayrılmış torpaqlarda yaradılıb. Dövlət bu təsərrüfatın qurulmasına 30 milyon manatdan artıq investisiya qoyub, ərazidə əvvəllər fəaliyyət göstərmiş 138 fermer təsərrüfatı subyektinə dövlət büdcəsindən 2 milyon manatadək kompensasiya ödənilərək, köçürülməsi təmin edilib. Həmçinin “Qarabağ Taxıl” tərəfindən təsərrüfata 27 milyon manatdan artıq investisiya qoyulub. Torpaqların əkinçilik məqsədilə istifadəsi üçün Baş Mil kanalından əraziyə uzunluğu 11 km və su ötürücülüyü 16-18 m3/san olan Yuxarı Mil beton kanalı çəkilib. Lakin indi bu Yuxarı Mil kanalına su buraxılmaması səbəbindən sahələrdə əkinlər məhv olur” – şirkətdən bildirilib.
“Qarabağ Taxıl dövlətin böyük investisiyası ilə ölkənin ərzaq təhlükəsizliyi məqsədilə yaradılmış təsərrüfatdır. Bu təsərrüfatın qurulması üçün təkcə xüsusi olaraq Yuxarı Mil kanalı çəkilməyib, həm də müxtəlif dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində möhkəm infrastruktur qurulub – əraziyə və ətraf kəndlərə xidmət edən uzunluğu 23 km olan avtomobil yolu, uzunluğu 10 km olan yüksək ğərginlikli 2 dövriyyəli elektrik xətləri çəkilib. Yerli idarəetmə strukturlarının dövlətin ümumi iqtisadi siyasətinə zidd fəaliyyəti, suyun doğru paylanmaması səbəbindən bir sıra dövlət qurumlarının birgə səyi və dövlətin böyük investisiyası ilə yaradılmış təsərrüfat məhv olmaq üzrədir” – şirkətdən bildirilib.
“Suyun növbəli verilməsi müasir pivot sistemi üçün uyğun deyil. Pivot sistemi suyu az və qənaətlə işlədir, su itkisinə yol vermir, amma sistemdə daim su olmalıdır. Çünki bu sistem torpağın üst qatını nəmləndirir və bu nəm mütəmadi saxlanmalıdır. Bir gün verib, bir neçə gün kəsilən rejim pivot sahələrinin məhvi deməkdir”- Qarabağ Taxıl-da problemin səbəbini belə görürlər.
Qarabağ Taxıl ölkənin ən iri taxılçılıq təsərrüfatlarındandır. İldə 25 min tondan artıq qarğıdalı, 6 min tondan artıq soya istehsal edərək, ildən ilə 15-20 milyon manatdan çox dəyərə malik məhsul ilə idxalı yerli məhsulla əvəzləyir, heyvandarlıq və quşçuluq sahəsi üçün yem istehsal edir. Təsərrüfatda 151 daimi və 22 mövsümi əməkdaş çalışır.
Qarabağ Taxıl-da susuzluğun yarada biləcəyi nəticələr barədə narahatlığı da gizlətmirlər: “Bizim sahələrdə məhsul itkisi bir neçə aydan sonra ət məhsullarında, xüsusilə də quş ətində qiymət artımına səbəb ola bilər. Bu da illərlə nail olduğumuz və nail olmaq istədiyimiz hədəfləri qeyri-rasional yanaşma ilə əldən buraxmaqdır”.
Qeyd edək ki, Qarabağ Taxıl MMC Səba Açıq Səhmdar Cəmiyyətinin törəmə müəssisələrindəndir. Müəssisənin istehsal etdiyi məhsul ”Səba” quşçuluq müəssisəsinin yem ehtiyacının böyük hissəsini idxaldan azad edib. Bundan əlavə, müəssisə ölkənin bir sıra quşçuluq və heyvandarlıq müəssisələrini də yemlə təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 31 d. əvvəl
-
37 d. əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
-
51 d. əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
1 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
2 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Kredit sığortasında 50 faizdən çox artım var
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
İyunun 25-də gözlənilən hava şəraiti
























