Prezident balıqartırma müəssisəsinin açılışında!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib.
Müəssisənin direktoru Məhəmməd Allahverdiyev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, müəssisənin yaradılmasına 2008-ci ildən başlanılıb. Müəssisənin ümumi sahəsi 750 min kvadratmetr, su sahəsi isə 85 min kvadratmetrdir. Burada sahəsi 474 kvadratmetr olan 87 plastik hovuz, sahəsi 22 min 449 kvadratmetr 463 beton hovuz, nərəcinsli balıqlar üçün 17, axçalı balıqlar üçün isə 11 nohur yaradılıb. Müəssisədə ilkin mərhələdə ildə 15 min kiloqram qara kürü, 112 min kiloqram axçalı balıqlar, yəni sazan, ağamur, enlialın, 200 min kiloqram nərəcinsli balıqlar, 28 milyon nərəcinsli balıq körpəsi istehsal ediləcək. 2020-2023-cü illərdə nərəcinsli balıq körpələrinin sayını 50 milyona çatdırmaqla qara kürü və balıq əti istehsalının artırılması nəzərdə tutulub.
Prezident İlham Əliyev müəssisənin fəaliyyətini və inkişaf istiqamətini əks etdirən stendlərə baxdı.
Dövlətimizin başçısına müəssisənin inkişaf planı, ərazidəki tikililər və Mingəçevir su hövzəsinin balıqartırma sahəsi barədə məlumat verildi. Bildirildi ki, Mingəçevir su hövzəsinin balıqartırma sahəsində nərəcinsli balıqlar üçün sahəsi 9067 kvadratmetr olan 87 plastik qəfəs quraşdırılıb. Bundan başqa, burada tor yumaq üçün üzən qurğu və üzən qaldırıcı kran da var. Mingəçevir balıq zavodunda isə inkubasiya sexi, beton hovuzlar, soyuducu və yem anbarları, helikopter meydançası, yeməkxana, ofis binası, qazanxana da inşa olunub.
Məlumat verildi ki, Varvara balıqartırma müəssisəsində istehsal ediləcək nərəcinsli körpələrin bir qismi müəssisədə saxlanılacaq, bir qismi isə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Kür çayına buraxılaraq Xəzər dənizinin bioresurslarının bərpasına yönəldiləcək. Hazırda müəssisədə müxtəlif yaşda və çəkidə 93 min 665 ədəd, o cümlədən 1 762 ədəd kələmo, 4 min 964 ədəd hibrid, 16 min 689 ədəd nərə, 15 min 524 ədəd uzunburun (sevrüqa) və 54 min 726 ədəd bölgə (beluqa) balıqları var.
Müəssisədə quraşdırılan xüsusi ultrasəs müayinəsi aparatı ilə balıqlarda kürünün hansı səviyyədə olması yoxlanılır. Bu isə kürüalmada daha səmərəli üsullardan hesab olunur. Balıqlar tam təbii yemlərlə qidalanır. Nərəcinsli balıqların körpələri Rusiyanın Həştərxan vilayətindən gətirilib, Xıllı nərə balıqartırma zavodundan alınıb, bəziləri isə müəssisədə inkubasiya edilib.
Müəssisənin kürü emalı sahəsində olan dövlətimizin başçısına məlumat verildi ki, bu sahə müasir tələblər səviyyəsində qurulub.
Prezident İlham Əliyevə kürünün konservləşdirilməsi prosesi nümayiş etdirildi.
Körpə balıqların yemlənməsi üçün müəssisədə təbii yem və qara kürü sahələri yaradılıb, soyuducular, ehtiyat elektrik generatorları, transformator və videomüşahidə sistemi qurulub, optik internet xətti çəkilib və 29 nəqliyyat vasitəsi alınıb. Burada müasir laboratoriyalar və hər saatdan bir suyun temperaturunu, tərkibini və oksigenini ölçmək üçün cihazlar qurulub.
Bildirildi ki, istehsal edilən məhsulların bir hissəsinin yerli bazarlara çıxarılması, bir hissəsinin isə ixrac edilməsi nəzərdə tutulur. Hazırda müəssisədə 247 nəfər daimi iş yeri ilə təmin olunub. Burada orta əməkhaqqı 500 manatdır.
Onu da deyək ki, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu ilə birgə balıqşünas, ixtioloq, ixtiopatoloq, bioloq ixtisasları üzrə mütəxəssislərin hazırlanması istiqamətində tədbirlər həyata keçirilir.
Bu gün ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsi və bir çox sahələri əhatə etməsi müşahidə olunur. Bu sırada Azərbaycanda balıq sənayesinin inkişaf etdirilməsi də xüsusi əhəmiyyətə malikdir. Ölkəmizdə qədim ənənələri olan bu sahədə yeni texnologiyaların tətbiq olunması, dünya standartlarına cavab verən ixrac məhsullarının hazırlanması indi qarşıda duran prioritet məsələlərdən biridir. Digər tərəfdən bu sənaye sahələrinin regionlarda inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan məqsədlərin reallaşdırılması bölgələrdə başlanan inkişaf proseslərinin daha güclü xarakter almasına imkan verir.
Müəssisə ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 həftə sonra
- 1 həftə sonra
-
- 8 d. əvvəl
-
10 d. əvvəl
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
-
11 d. əvvəl
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
-
27 d. əvvəl
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
-
1 saat əvvəl
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
Ən çox oxunanlar
İrşad-da “Yaşıl Günlər” başladı!
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasov axtarışa verilib
Rəsmi məzənnələr açıqlandı
Mağazalar şəbəkəsinin Gəncə, Şəki və Beyləqanda filialı açılacaq
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib

















.jpg)


.jpg)


