Azərbaycanın sənayesində 7%-ə yaxın geriləmə
2017-ci ilin yanvar-mart aylarında ölkə sənayesində 10,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz az sənaye məhsulu istehsal edilmişdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,0 faiz artmış, neft sektorunda isə 8,3 faiz azalmışdır.
Sənaye məhsulunun 71,8 faizi mədənçıxarma sektorunda, 22,6 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 9,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 0,9 faiz artmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 3,4 faiz, içkilərin istehsalı 37,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,4 dəfə, geyim istehsalı 2,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 52,1 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 42,4 faiz, tikinti materiallarının istehsalı 50,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 3,8 faiz, kompüter və elektron məhsulların istehsalı 2,2 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,9 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 24,7 faiz, mebel istehsalı 56,5 faiz artmış, tütün məmulatlarının istehsalı 58,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,0 faiz, kağız və karton istehsalı 3,3 faiz, poliqrafiya məhsullarının istehsalı 63,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 4,3 faiz, hazır metal məmulatlarının istehsalı 21,0 faiz, maşın və avadanlıqların istehsalı 42,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















.jpg)
