Yanvarda qeyri-neft sektorunun ixracı cüzi artdı
Azexport.az portalına 2019-cu ilin yanvar ayında 42.1 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin fevral sayı təqdim olunub. 2020-ci ilin yanvar ayı ərzində ölkəmizin ixracı 2,1 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 851 milyon ABŞ dolları və ya 66,5 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 141 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 3,4 milyon ABŞ dolları və ya 2,5 faiz artıb.
2020-ci ilin yanvar ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 16,3 milyon ABŞ dolları) başçılıq edib. Bu siyahıda pomidor (13,2 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (11,2 milyon ABŞ dolları) üçüncü olub.
2020-ci ilin yanvar ayında Rusiyaya 48,2 milyon, Türkiyəyə 33,1 milyon, İsveçrəyə 17 milyon, Gürcüstana 8,5 milyon və Çinə 5,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ildə Rusiyaya qeyri-neft ixracı 4 faiz, Türkiyəyə 31 faiz, İsveçrəyə 73 faiz və Çinə 2,1 dəfə artıb. Eyni zamanda qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (34,3 faiz), Türkiyəyə (23,5 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6 faiz) və Çinə (4,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Həmçinin 2020-ci il ərzində xurma, pambıq lifi (daranmaya məruz qalmamış), elektrik enerjisi, ilkin formalı polipropilen, xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilendə qeyri-neft ixracında önə çıxıb. Ümumiyyətlə, 2020-ci ilin yanvar ayında meyvə-tərəvəz ixracı 42 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 15,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, pambıq lifi ixracı 10,7 milyon, kimya sənayesi məhsullarının ixracı 9 milyon, elektrik enerjisinin ixracı 7,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,7 milyon, pambıq ipliyi ixracı 2,9 milyon ABŞ dolları təşkil edib.
2019-cu illə müqayisədə 2020-ci ilin yanvar ayında pambıq ipliyinin ixracı 3.4 dəfə, kimya sənayesi məhsullarının ixracı 34 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 33 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 30 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 16 faiz artıb.
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2020-ci ilin yanvar ayı üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2020-ci ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, " Land Lojistic" " MMC, "Natural Fruit" MMC, "P-Aqro" MMC, "Baku Steel Company", "Fresh Fruits Group" MMC, "Mingəçevir Tekstil" MMC, Atef Şirkətlər Qrupu" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “ASK şüşə” MMC, "Bakı Neft Maşinqayırma Zavodu" TASC.
“İxrac İcmalı”nda həm də xidmət ixracının statistik rəqəmləri göstərilib. 2020-cu ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 20 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79 faizini təşkil edib.
“Azərkosmos” ASC-nin 2020-ci ilin Yanvar ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.
“İxrac İcmalı”nda məlumat verilib ki, 2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2020-ci ilin yanvar ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 85,2 milyon manat təşkil edib.
“İxrac İcmalı”nda göstərilib ki, Azexport.az portalına 2020-ci ilin yanvar ayında 42,1 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub. 2020-ci ilin yanvar ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (15,3%), Səudiyyə Ərəbistanı (9%), Türkiyə (8,1%), Hindistan (7,2%) və Fransa (7,2%) qərarlaşıb.
Cari ilin yanvar ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, yumurta, pomidor, xiyar, yerkökü, kartof, tütün, şərab, çay, qənnadı məhsulu, kosmetik vasitə, gübrə, xurma, fındıq, mebel dəsti, tikinti materialı, nar şirəsi və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 yanvar tarixinə kimi (37 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 626,9 milyon ABŞ dolları təşkil edib.
“İxrac İcmalı”nda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirdikləri ixracın dəyəri isə 8,1 milyon ABŞ dolları olub.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin sertifikat təqdim etdiyi məhsullar 21 ölkəyə- İsveçrə (60%), Gürcüstan (14%), Rusiya (13%), Qazaxıstan (4%), Türkiyə (2%), Birləşmiş Krallıq (2%), digər ölkələrə (5%)- (Ukrayna, Çexiya, Belçika, Belarus, İspaniya, Niderland, Malayziya, Avstraliya, Çin, Oman, İsrail, Almaniya, İraq, Səudiyyə Ərəbistanı) ixrac edilib. İxrac statistikasına nəzər yetirdikdə 2019-cu ilin fevral ayı ilə müqayisədə ixracda 2,2 milyon ABŞ dolları dəyərində artım müşahidə olunub.
“İxrac İcmalı”nın yanvar sayında “Pay Ring” rəqəmsal ödəniş sisteminin icrasına başlanılması, Azərbaycan şirkətlərinin “Beynəlxalq Yaşıl Həftə 2020” sərgisində iştirak etmələri və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
“İxrac İcmalı” ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
1 saat əvvəl
Elektrikli avtomobillər ilə "car-sharing" tezliklə Bakıda — Rentbutik-dən yeni xidmət
-
-
1 saat əvvəl
Dollarda 2024-cü ildən bəri ən böyük aylıq bahalaşma - MARTDA 3% DƏYƏR QAZANIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avro Bölgəsində 2022-dən bəri ən sürətli inflyasiya artımı qeydə alındı
-
2 saat əvvəl
Dövlət rəmzlərini əks etdirən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
-
2 saat əvvəl
Sərnişindaşımada istifadə olunan avtomobillərə dair tələblər dəyişəcək - 3 AY VAXT VERİLDİ
-
2 saat əvvəl
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi
-
2 saat əvvəl
Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul edilməyəcək
-
2 saat əvvəl
25 dərəcə isti olacaq - Aprelin 1-də gözlənilən hava şəraiti
-
3 saat əvvəl
Həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə aylıq 700 manat ödəniləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Dövlət rəmzlərini əks etdirən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi
25 dərəcə isti olacaq - Aprelin 1-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
ABŞ-da benzinin qiyməti 4 dolları keçdi
Alıcı taplmayan "İstikbal Mobilya" yenidən satışa çıxarıldı
Bu həftə Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq
ABŞ İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını qəbul etmir, buna imkan verməyəcək
Azərbaycanda 3 lizinq şirkəti ləğv edilir
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı




















