“Morgan Stanley” neft qiyməti proqnozlarını dəyişdi
“Morgan Stanley” investisiya bankının analitikləri dəmir yolu və hava nəqliyyatı ilə sərnişin daşınmasının azalmasına səbəb olan yeni koronavirusun yayılması səbəbindən neftin qiymətləri proqnozlarını azaldıb.
Bankın analitikləri hesab edirlər ki, birinci rübdə “Brent” markalı neftin bir barel üçün orta hesabla qiyməti 65,7 dollar/barel deyil, 55 dollar/barel təşkil edəcək. İkinci rübdə neftin bir barelinin qiyməti əvvəlki 65 ABŞ dolları proqnozuna qarşı 57 dollar/barel olacaq.
WTI markalı neft üçün isə, əvvəlki proqnozlaşdırılmış 62 dollar/barel əvəzinə 50 dollar/barelə düşürülüb.
"Biz OPEC+ iştirakçılarının hazırkı razılaşma sazişinin 2020-ci ilin sonuna qədər uzadacağını gözləyirik, həmçinin, ilin birinci yarısının qalan hissəsi üçün əlavə 600 min barel azalma elan edəcəyini gözləyirik", - deyə “Bloomberg” agentliyi “Morgan Stanley” hesabatına istinadən yazır.
Analitiklər güman edirlər ki, Braziliya, Norveç, Qayana və Kanadada istehsalın artacağını düşünürlər. Bu isə o deməkdir ki, qeyri-OPEK-ə daxil ölkələrdən tədarüklər 2020-ci ildə təxminən 1,9 milyon barel artacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
25 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
-
- 27 d. əvvəl
-
32 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Ən çox oxunanlar
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM






















