ISO 22000:2018 standartı Azərbaycan dilinə tərcümə edilib - TƏDBİR KEÇİRİLƏCƏK, TARİX
ISO 22000:2018 beynəlxalq standartı Assosiasiyanın aparıcı mütəxəssisləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək hazırlanıb.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 - 2025-ci illər üçün Dövlət Proqramı”nda əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsi, kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılması, inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılması nəzərdə tutulub.
Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsinə, ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə, eyni zamanda yerli müəssisələrimizin ixrac potensialının artırılmasına dəstək vermək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi yeni layihəyə başlamış və bu layihə çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi üzrə ən çox tətbiq olunan ISO 22000:2018 beynəlxalq standartı Assosiasiyanın aparıcı mütəxəssisləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək hazırlanıb.
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi yuxarıda qeyd olunan standartın yerli qida müəssisələrimiz, kiçik və orta sahibkalıq subyektlərimiz üçün əhəmiyyətini nəzərə alaraq 8 fevral 2020-ci il tarixində saat 10:00-da Landmark hoteldə “Qida təhlükəsizliyinin idarə edilməsi üzrə beynəlxalq standartların tətbiqinə dəstək: ISO 22000:2018” mövzusunda tədbir keçirəcək.
Tədbirdə dövlət və özəl qurumların rəhbər və əməkdaşlarının, iş adamlarının, mütəxəssislərin, təhsil və elmi ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Tədbir zamanı ISO 22000 standartının təqdimatı keçiriləcək, həmçinin standartın hazırki versiyası ilə əvvəlki, 2005-ci il versiyası arasındakı fərqlər haqqında danışılacaq və dəyişikliklər barədə məlumat veriləcək.
Sonda ölkəmizdə qida təhlükəsizliyinin vəziyyəti barədə fikir mübadiləsi aparılacaq, hər bir tədbir iştirakçısına ISO 22000:2018 beynəlxalq standartının Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsi paylanılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 3 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























