"Premium məhsullarımız dünya bazarlarında böyük marağa səbəb olur"
“Şirkətimiz meyvə və tərəvəzlərdən premium seqmentə aid konserv məhsullarının istehsalı ilə məşğuldur. Tərkibində heç bir kimyəvi qatqı maddələri olmayan, tam təbii məhsullarımız bu xüsusiyyətinə görə dünyanın qabaqcıl ölkələrinin istehlakçıları tərəfindən rəğbətlə qarşılanır. Biz, “ZIRA natural and gourmet” brendi altında istehsal olunan məhsullarımızla fəxr edirik. Məhsullarımızın bir çoxunun tərkibində şəkər yoxdur və sağlam qidalanma üçün nəzərdə tutulub. Dünyada gedən total sənayeləşmə fonunda bu cür məhsullar dünya bazarlarında böyük marağa səbəb olur”.
“Marja” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda “Brightman Business Managment Consultans” meyvə və tərəvəz konservlərinin istehsalı müəssisəsinin direktoru Afət Əhmədova bildirb.
O, “digər bir özəlliyimiz isə yalnız yerli mövsümi xammaldan istifadə və həmin xammalın təchizatını bütün ölkəboyu kiçik fermerlərdən tədarük etməyimizdir” deyərək sözlərinə belə davam edib:
“Bu həm yüksək keyfiyyətli, pestisidlərsiz xammal əldə etməyə, həm də kiçik fermerlər üçün öz məhsullarını bazar qiymətindən nisbətən yüksək qiymətə birbaşa alıcı şirkətlərə satmağa imkan verir.
Müəssisəmiz beş ildir fəaliyyət göstərir və bu vaxt ərzində dövlətimizin kiçik və orta biznesə dəstəyinin bəhrəsi olaraq bir çox uğurlara imza atmışıq. Fəaliyyətimiz əsasən ixracyönümlüdür. Hazırda məhsullarımız Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Polşa kimi ölkələrə ixrac olunur. Bizim məhsul portfelinin unikallığı qədim Azərbaycan reseptlərinin araşdırılaraq yenidən üzə çıxarılması, nəsildən-nəslə ötürülən təam nümunələrinin dünyaya çatdırılma konsepsiyası üzərində qurulmasıdır. Məhsullarımız dünyanın bir çox ölkələrində təşkil olunmuş qida və kənd təsərrüfatı sərgilərində ölkəmizi yüksək səviyyədə təmsil edib və sərgi iştirakçılarının böyük marağını qazanıb. Məqsədimiz Sizin iqtisadiyyatımız qarşısında qoyduğunuz əsas hədəflərə uyğun olaraq, ənənəvi ixrac bazarlarından əlavə, yeni ixrac bazarlarının tapılması və ixracın coğrafi diversifikasiyasıdır”.
Afət Əhmədova əlavə edib ki, məhsulların xarici bazarlara çıxarılması istiqamətində bir sıra müqavilələr bağlanılıb, uğurlu nəticələr əldə olunub:
“Xammaldan əlavə dəyər yaradan hazır məhsulların istehsalına xüsusi əhəmiyyət veririk. Şirkətimizin məqsədi yalnız məhsul ixrac edib, ölkəyə valyuta axınını təmin etməkdən ibarət deyil. Əsas amalımız qədim Azərbaycan mətbəxini, ənənələrini, tarixini və potensialını dünya xalqlarına çatdırmaq və ümumilikdə keyfiyyətli Azərbaycan məhsulları ideyasını dünyada təbliğ etməkdir. Bu məqsədlə şirkətimiz müxtəlif ölkələrdə məhsullarımızın dequstasiya və təbliğat aksiyaları təşkil edir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 40 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























