Gürcüstandan Azərbaycana gələnlərə ciddi nəzarət
Çində yayılan koronovuirusla bağlı ölkəmizin qərb sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük buraxılış məntəqəsi də güncləndirilmiş iş rejiminə keçib. Gün ərzində Gürcüstandan ölkəmizə gələn piyadalar və nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılır. Hələlik virusa yoluxma şübhəsi halı qeydə alınmayıb.
“Qırmızı Körpü” gömrük buraxılış məntəqəsində bununla bağlı görülən işlərlə maraqlandıq.
Gömrük baş leytenantı, inspektor Pərviz Bağırov Gürcüstandan gələn insanların ölkəmizə girişinin ciddi nəzarət altında təmin edildiyini bildirir: “Əsasən texniki nəzarət vasitələrindən istifadə olunur. Yəni termovizorlardan. Uzaq məsafədən vətəndaşın hərarəti ölçülür. Əgər hansısa fakt aşkarlanarsa, bu barədə Səhiyyə Nazirliyinin təcili tibbi briqadasına məlumat ötürülür. Həmin vətəndaşlar təcili tibbi yardım əməkdaşlarına təhvil verilirlər.”
Koronovirusla bağlı buraxılış məntəqəsinin girişində Gürcüstan ərazisindən Azərbaycana daxil olan nəqliyyat vasitələrinin şinləri dezinfeksiya olunur. Piyadalara isə məntəqədəki termovizorlar vasitəsilə nəzarət edilir. Bu avadanlıq hərarəti olan insanı dərhal aşkar edə bilir. Gücləndirilmiş iş rejimində çalışan buraxılış məntəqəsində çalışan əməkdaşlar isə maskalardan istifadə edirlər.
“Qırmızı Körpü” gömrük buraxılış məntəqəsindən onu da bildirdilər ki, virus təhlükəsi xəbəri yayılandan bu günədək virus daşıyıcısı ehtimal edilən vətəndaş qeydə alınmayıb.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Dünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası (ÇXR) hökumətinin elan etdiyi kimi, Çinin Uxan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.
Müşavirənin yekununda sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi, ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi, səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması, virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi haqda qərar qəbul edilib.
Vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.
Qeyd edək ki, Çində bu virusa yoluxanların sayı 11 min 821 nəfərə çatıb, 259 nəfər dünyasını dəyişib, 1795 xəstə isə ağır vəziyyətdədir. Artıq 18 ölkədə bu virusa yoluxma halları qeydə alınıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
3 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
5 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
5 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
6 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib

















.jpg)





