“Biz banklara “faizləri aşağı salın, riskli kreditlər verin” göstərişi verə bilmərik”
“Biznes kreditlərinin artırılması üçün banklar stimullaşdırılmalıdır”.
Marja-nın məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, müəyyən tənzimləmə çərçivəsi vasitəsilə biznes kreditlərini stimullaşdırmaq lazımzdır:
“Banklar kommersiya qurumlarıdır, biz onlara göstəriş verə bilmərik ki, “siz faiz dərəcələrini aşağı salın, daha çox riskli kreditlər verin”. Müəyyən stimullar yaradılmalıdır. Məsələn, Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət göstərir. Fond daha çox üzərinə yük götürə, kredit faizlərinin daha böyük bir hissəsini subsidiyalaşdıra bilər”.
Elman Rüstəmov əlavə edib ki, biznesin kreditə çıxış imkanlarının asanlaşdırılması, biznes kreditlərinin artırılması məsələlərini bu günlərdə İqtisadiyyat Nazirliyi ilə geniş müzakirə edəcəklər.
ZƏMANƏTİN VERİLMƏSİ ŞƏRTLƏRİ
Məlumat üçün bildirək ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı şərtlərlə Zəmanət verir:
- Kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı;
- Bir borcalana bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərin məbləği 5 milyon, bir-biri ilə əlaqədar borcalanlar qrupuna isə 10 milyon manatdan çox olmamalı;
- Kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı;
- Kredit xəttinin müddəti 12 (on iki) aydan artıq olmamalı;
- Faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üçün verilir;
- Faiz subsidiyası kreditin faiz dərəcəsinin azı 6 faiz bəndini borcalanın ödəməsi şərtilə verilir.
Zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 d. əvvəl
- 32 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
-
2 saat əvvəl
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
-
2 saat əvvəl
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti





















