Qlobal bazarlarda virus qorxusu
Ölümcül koronavirusun iqtisadi və insani təsirlərinə dair qorxuların dərinləşməsi, səhmlər, xam neft və Çin yuanının Bazar ertəsi günü kəskin dəyərdən düşmələrinə səbəb olub və "etibarlı liman" xüsusiyyətindəki aktivlərin alışı artıb.
"Marja" xəbər verir ki, Çindəki şirkətlərin səhmləri, virusun yayılmağa davam etdiyi və epidemiyada maksimumun hələ görülmədiyinə dair xəbərlər ilə 5%-dən çox düşüb. Çin yuanı, ABŞ ilə imzalanan ticarət razılaşmasının təsiri ilə əldə etdiyi qazanclarını geri verib. Standart & Poor's 500 (S&P 500) indeksi, Yaponiya səhmləri və Avropa indeksləri 1%-dən çox düşüblər. Brent neftinin qiyməti isə 60 dollardan da aşağı düşüb.
Analitiklər bildirirlər ki, Çinin nəhəng sənaye və istehlakında hər hansı bir iqtisadi şok digər ölkələrə sürətli bir şəkildə yayılacaqdır.
Çin, xəstəliyin yayılmasının qarşısını almaq üçün Ay ilinə görə Yeni il tətilini 2 Fevrala qədər uzadıb. Virusdan ən az 80 nəfər ölüb. ABŞ-da təsdiq edilmiş xəstələrin sayı Bazar günü 5-ə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
5 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
5 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
5 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 6 saat əvvəl
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















