"PAŞA Holdinq"ə yeni baş icraçı direktor təyin ediləcək
2020-ci ilin yanvar ayından etibarən “PAŞA Holding” MMC-nin direktorunun birinci müavini Cəlal Qasımov Şirkətin Baş İcraçı Direktoru vəzifəsinə təyin olunacaq.
Bu barədə "Marja"ya “PAŞA Holding”dən bildirilib.
“PAŞA Holding"in hazırkı direktoru Mir Camal Paşayev isə öz növbəsində şirkətin idarəetməsini, korporativ idarəetmə islahatları nəticəsində yaradılacaq Holdinqin Direktorlar Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.
"Yeni vəzifəsini yerinə yetirərkən, o, ilk növbədə strateji biznes və insan kapitalının inkişafı məsələlərinə diqqət yönəldəcək. Qeyd edək ki, sözügedən qərar, üzərində artıq iki ildən çox işlənilən “Liderlərin inkişafı və davamlılıq proqramı” nəticəsində Holdinq tərəfindən qəbul edilib",- Holdinqdən "Marja"ya bildirilib.
Məlumat üçün bildirək ki, Cəlal Qasımov "PAŞA Holdinq"də karyerasını 2015-ci ildə Bank Qrupunun rəhbəri və direktorun müavini vəzifələrində başlayıb və 17 oktyabr 2016-cı il tarixində direktorun birinci müavini vəzifəsinə təyin edilib. Cəlal Qasımov "Warwick" Universitetinin Biznes Məktəbindən MBA dərəcəsinə sahibdir. "PAŞA Holdinq"ə qoşulmazdan öncə o, Azərbaycanın bir neçə aparıcı şirkətlərində rəhbər vəzifələrdə çalışıb ki, bura iki yerli bankda baş icraçı direktor vəzifəsi də daxildir. O, həmçinin dünyanın qabaqcıl peşəkar məsləhətçi şirkətində iş təcrübəsinə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi













.jpg)







