İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti azalıb
İpoteka və Kredit Zəmanət Fondu 2019-cu ilin yanvar-sentyabr aylarını 16 milyon 967 min manat mənfəətlə başa vurub. Bu, illik müqayisədə 5,4% azdır.
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il oktyabrın 1-nə 1 milyard 188 milyon 497 min manat təşkil edib.
Fondun maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.
İKZF-in aktivlərinin 81,1%-ni və yaxud 963 milyon 529 min manatını ipoteka kreditləri təşkil edib. Son 1 ildə Fondun kredit portfeli 18,9% böyüyüb.
Hesabat dövründə İKZF-in öhdəlikləri 9,8% azalaraq 538 milyon 391 min manata, o cümlədən borc öhdəlikləri 11,6% azalaraq 513 milyon 439 min manata düşüb, Fondun balans kapitalı isə 22,4% artaraq 650 milyon 106 min manata çatıb.
Bu ilin 9 ayında İKZF-in faiz gəlirləri 36 milyon 813 min manat (ötən ilin 9 ayına nisbətən 5,5% çox), faiz xərcləri 14 milyon 644 min manat (15% çox), dəyərsizləşmə üzrə zərəri 434 min manat (47,9% az), haqq və komissiya xərcləri 741 min manat (30% çox), digər gəlirləri 968 min manat (9,95% az), insan resursları üzrə xərcləri 3 milyon 86 min manat (31,7% çox), inzibati və digər xərcləri isə 1 milyon 909 min manat (24,85% çox) təşkil edib. Son nəticədə Fond yanvar-sentyabr aylarını 16 milyon 967 min manat mənfəətlə başa vurub. Bu, illik müqayisədə 5,4% azdır.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 9 saat sonra
-
-
6 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























