"Tesco" Asiya bazarından da çıxır
Pərakəndə sektorunun ən böyük oyunçularından biri olan Böyük Britanyanın "Tesco" şirkəti, Tayland və Malayziyada olan marketlərini sataraq Asiya bazarından çıxmaq hazırlığındadır.
"Marja" xəbər verir ki, 100 yaşını edən "Tesco"nun İcraçı direktoru Dave Lewis-in açıqladığı planda, keçən illərdə baş vermis mühasibatlıq skandalının ardından yaşadığı kiçilmənin izlərinin silindiyi və gələcək 5 ildə Britanya bazarına fokuslanacaqları qeyd edilib.
Lewis etdiyi təqdimatda, "Tesco Tayland və Malayziyada olan müəssisələri üçün, bunların satışı da daxil olmaqla bir sıra strateji variantı qiymətləndirməkdədir" - ifadələrini istifadə edib.
BRİTANYADA BÖYÜYƏCƏK
"Tesco"nun Taylandda 2 minə yaxın, Malayziyada da 74 mağazası fəaliyyət göstərir. İlin ilk 6 ayında bu iki ölkədə cəmi 3.3 milyard dollar gəlir edən "Tesco", mənfəətini də 42,3% artıraraq 225 milyon dollara qaldırıb.
Daha əvvəl Yaponiya və Çin bazarından çıxan "Tesco", 2015-ci ildə Cənubi Koreya mağazalarını 6.1 milyard dollara satmışdır. "Tesco" Türkiyədəki şirkəti "Kipa"nı "Migros"a sataraq bu ölkəni də tərk etmişdir. Malayziya və Tayland "Tesco"nun Avropa xaricində əlində qalan yeganə əməliyyatlarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























