Azərbaycan şirkəti logistika habının ötürmə qabliyyətini artırmağı planlaşdırır
Azərbaycanın “KDY Logistics”şirkəti Həştərxan logistika habının ötürmə qabliyyətinin illik 1 milyona tona qədər artırmağı planlaşdırır.
Bu barədə şirkətin Direktorlar Şuarsının sədri Qalib Məmmədov işgüzar görüş zamanı Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə məlumat verib.
“Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin “KDY Logistics”şirlətinin Direktorlar Şuarsının sədri Qalib Məmmədovu qəbul edib. Onlar regionun nəqliyyat infrastrukturu, xüsusilə Kutum stansiyasında yaradılan dəmir yolu logistika habının inkişafı perspektivlərini müzakirə ediblər. Məmmədov bildirib ki, şirkət habın tam gücü ilə fəaliyyət göstərməsi üçün səy göstərir. Hazırda hab vasitəsilə yüklərin İrandan Türkiyə və Həştərxan vilayətinə və geriyə tədarükü təşkil olunub. Özbəkistanla intensiv danışıqlar aparılır. Şirkətin planlarına habın ötürmə qabiliyyətinin illik 1 miyon tona çatdırılması daxildir”, - Həştərxan vilayətinin saytında məlumat verilir.
Məlumatda qeyd olunur ki, logistika mərkəzi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm halqalarından birinə çevriləcək.
“Sevindirici haldır ki, bu gün layihəmizn Həştərxan vilayətinin iqtisadiyyatına müəyyən töhfə verir. Sizin nəqliyyat mərkəzinizin gələcəkdə inkişafı üçün şəraitin yaradılması yük daşımaları həcminin illik 1 milyon tonadək artmasına imkan verəcək. Biz bu istiqamətdə bütün zəruri dəstəyi göstərəcəyik”, - Babuşkin bildirib.
Xəbər verildiyi kimi, Azərbaycanın “KDY Logistics”şirkəti tez xarab olan meyvə-tərəvəzin tədarükü məqsədilə Həştərxan vilayətində logistika mərkəzinin yaradılmasına 2 milyard rubldan artıq vəsait yatıracaq.
“KDY Logistics”in saytına əsasən, şirkət 2017-ci ildə yaradılıb. Baş ofisi Bakı şəhərində yerləşən şirkətin Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və İranda nümayəndəlikləri var. “KDY Logistics” şirkəti yüklərin dəmir yolu ilə daşınması xidmətləri göstərir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub” nəqliyyat dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu xətti şirkət üçün prioritet istiqamətlərdir.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
-
27 d. əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
28 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
- 12 saat əvvəl
-
12 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
12 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
12 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
14 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb















.jpg)








