Sahibkarlar sertifikatları daha tez əldə edə bilərlər
Prosedurların azaldılması istiqamətində ölkəmizdə “Bir Pəncərə” sistemi tətbiq edilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, “Bir Pəncərə” sisteminin əsas mahiyyət və fəlsəfəsi dövlət-özəl münasibətlərində çevikliyin, intensivliyin və şəffaflığın təmin edilməsidir. Bu baxımdan, intensiv və çeviklik yalnız daha az vaxt sərf etməklə sahibkarın işinə dəstək verməkdir. Sahibkarın düzgün maddi xərcləmələrini tənzimləmək və onun gələcək fəaliyyətini stimullaşdırmaqdır.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində altı dövlət qurumunun xidməti fəaliyyət göstərir:
- İqtisadiyyat Nazirliyi tərəfindən ixrac olunan malın mənşə ölkəsini təsdiq edən mənşə sertifikatı;
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ixrac olunan yeyinti məhsullarına idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqı ölkələrinin tələblərinə uyğun olan qida təhlükəsizliyi sertifikatı, bitki və bitkiçilik məhsullarına fitosanitar, heyvan və heyvan mənşəli məhsullar, xammal, yem və yem əlavələri məhsullarına isə beynəlxalq baytarlıq sertifikatının verilir. Bundan başqa qida sahəsində fəaliyyət göstərən sahibkarların dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi də AQTA tərəfindən reallaşdırılır;
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nadir və kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün CİTES beynəlxalq icazə sertifikatı;
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini məzmunlu ədəbiyyatın, audio, video materialların ixracı ilə bağlı icazə sənədi;
- Mədəniyyət Nazirliyi tərəfindən mədəni sərvətin (xalça və xalça məmulatları, rəsm əsərləri, sənətkarlıq nümunələri, musiqi alətləri və zərgərlik əşyaları) ixracı zamanı mədəni sərvəti mühafizə şəhadətnaməsi;
- Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən istehsal etdiyi məhsullara dair normativ sənədlərin hazırlanmasında, ixrac və ya idxal etdikləri məhsullara uyğunluq sertifikatı;
- Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyi tərəfindən isə ixracatçı sahibkarlara deklarasiyaların doldurulması ilə bağlı dəstəyi prosesi həyata keçirilir.
İxracatçı sahibkarlar tələb olunan bütün bu sertifikatları vahid “Bir Pəncərə” Mərkəzindən daha tez, səmərəli və effektiv şəkildə, əlavə yol və vaxt resursu sərf etmədən əldə edə bilir. Bu da öz növbəsində sahibkarın ixrac prosedurunu asanlaşdırır. “Bir Pəncərə”nin ixracatçı sahibkarlara göstərdiyi xidmətlər bununla bitmir. Bütün bunlarla yanaşı Mərkəz yerli sahibkarlara konsultasiyaların verilməsi, biznes ideyasına malik şəxslərə biznes planın yazılması, ixrac subsidiyaları, gömrük bəyannamələrinin real vaxt rejimində doldurulması ilə bağlı dəstək göstərir.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi sahibkarlara oflayn rejimlə (yəni fiziki olaraq) yanaşı, onlayn formada da xidmət göstərir. Belə ki, Rəqəmsal Ticarət Qovşağının rəsmi saytına (dth.az) daxil olmaqla sahibkar elektron formada öz müraciətini ünvanlaya bilər. Onlayn müraciət zamanı sahibkar vahid ixrac ərizəsinin üstünlüyündən yararlanaraq, artıq zaman sərf etmədən müraciəti müvafiq səlahiyyət sahibi orqanlara ünvanlayacaq. Bundan əlavə, sözügedən saytda elektron formada gömrük bəyannaməsini də doldurmaq mümkündür. Beləliklə, sahibkarlar daha az resurs sərf etməklə bir pəncərə əsasında e-İxracın imkanlarından yararlana bilər.
“Bir pəncərə” İxraca Dəstək Mərkəzinə daxil olan sifarişlərin ixrac prosedurunda Azexport.az portalı da sahibkarlara dəstək olur. Belə ki, sahibkar ixrac etdiyi məhsula müvafiq sertifikatı aldıqdan sonra məhsulunu Azexport portalı vasitəsilə dünya bazarına çıxara bilər. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı ilə birgə ekosistem yaradaraq ixracatın təşviqinə xidmət göstərir.
Statistik göstəricilər
Fəaliyyətə başladığı dövrdən etibarən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə dünyanın müxtəlif ölkələrinə 270 milyon ABŞ dollarından artıq qeyri-neft məhsulu ixrac olunub. İxrac olunan məhsulların əsas hissəsini tikinti-sənaye məhsulları (polad borular, polad armatur yayması), qiymətli metallar (qurğuşun, gümüş külçələr), kənd təsərrüfatı məhsulları (meyvə şirələri, pomidor, çuğundur, biyan kökü, tütün, pendir) təşkil edir. İxrac olunan məhsulların coğrafiyasında isə İsveçrə, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan digər ölkələrdən fərqlənir (Qrafik 1). 2019-cu ilin 10 ayı ərzində Mərkəzə ən çox müraciət edərək sertifikat əldə edən şirkətlər arasında AzərGold”, “Baku Steel Company”, “Food Export Şəmkir”, “Atena” MMC, “Azərtütün” MMC, Aznar öz ixracı ilə üstünlük təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
9 saat əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
1 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
2 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
2 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
2 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır























