KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib
Noyabrın 14-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti Forum keçirilib.
“Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş Forumda KOBİA-nın, Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, eləcə də müxtəlif bankların, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Forumda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların təqdim etdiyi mövcud və alternativ maliyyələşdirmə mexanizmləri ilə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin apardığı iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyub və bu prosesin əsas istiqamətləri sırasında kiçik və orta sahibkarlığın inkişafı, onun iqtisadiyyatda rolunun artırılması prioritet kimi müəyyən edilib.
Qeyd olunub ki, maliyyə resurlarına çıxış və yüksək keyfiyyətli maliyyə xidmətləri ilə təmin olunma kiçik və orta biznesin inkişafında əsas şərtlərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin oktyabrında keçirilmiş iqtisadi müşavirədəki çıxışı zamanı iqtisadiyyatın real sektorunun aktiv maliyyələşdirilməsi, eləcə də bu prosesdə kiçik və orta biznesin dəstəklənməsi istiqamətində maliyyə qurumlarına çağırış edib. Bu çağırışa uyğun olaraq, maliyyə qurumlarının, ictimai təşkilatların, dövlət orqanlarının və sahibkarların iştirakı ilə birgə müzakirə formatında təşkil olunmuş bugünkü forum bu baxımdan aktualdır.
Agentliyin əsas fəaliyyət istiqamətlərindən birinin KOB-ların maliyyə resurlarına çıxışını əlçatan etmək, eləcə də sahibkarlar tərəfindən təklif olunan investisiya layihələrini maliyyə qurumları ilə əlaqələndirmək olduğunu qeyd edən KOBİA sədri bir sıra təkliflər də səsləndirib. Bildirilib ki, sahibkarlara maliyyə dəstəyinin digər çoxsaylı dəstək tədbirləri ilə əlaqəli şəkildə həyata keçirilməsinə şərait yaratmaqla səmərəliliyi yüksəltmək baxımından KOBİA ilə banklar arasında daha sıx əməkdaşlığın həyata keçirilməsi, daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi qaydaları çərçivədində maliyyə qurumları və banklarla əməkdaşlıq, maliyyə institutları ilə birgə tədbirlərin, seminar və təlimlərin keçirilməsini məqsədəuyğun olardı.
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Rəşad Orucov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışlarında mövcud maliyyələşdirmə mexanizmləri, KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün həyata keçirilən tədbirlər, yeni maliyyələşdirmə mexanizmləri, bu sahədə beynəlxalq təcrübə, kiçik və orta biznes subyektlərinin maliyyə ehtiyaclarının öyrənilməsi tədbirləri barədə məlumat veriblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib. Forumda səsləndirilən fikirlərin, rəy və təkliflərin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.
Forum çərçivəsində həmçinin, müxtəlif maliyyə təşkilatlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim etdiyi maliyyə xidmətlərinin sərgisi təşkil olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 13 d. əvvəl
- 26 d. əvvəl
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu
- 2 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
-
7 saat əvvəl
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Qızıl atəşkəs xəbərləri ilə yüksəlişə keçdi
“ERA” şirkətində səhmlərin pay bölgüsündə dəyişiklik olub
Neft 2 həftəlik atəşkəs qərarı ilə kəskin ucuzlaşdı
Tramp İranla 2 həftəlik atəşkəsi qəbul etdiyini açıqladı
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
Ən çox oxunanlar
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma



















