“AXA MBASK”da yüksək xərc, az qazanc
“AXA MBASK” Sığorta Şirkəti ASC 2016-cı ili 403 min 705 manat xalis mənfəət ilə başa vurub. Bu, 2015-ci illə müqayisədə təxminən 67% çoxdur. Belə ki, “AXA MBASK” 2015-ci ilin yekunları üzrə 242 min 91 manat xalis mənfəət açıqlamışdı.
“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “AXA MBASK”ın cəmi gəlirləri 25 milyon 761 min manat, cəmi xərcləri isə 25 milyon 256 min manat təşkil edib.
2015-ci ildə “AXA MBASK”ın cəmi gəlirləri 25 milyon 109 min manat, cəmi xərcləri isə 24 milyon 806 min manat olmuşdur. Şirkətdə xərclərin yüksək olmasına səbəb sığorta ödənişləri və işlərin aparılması xərclərinin çoxluğudur.
TOPLADIĞI SIĞORTA HAQLARI ARTIB
Ötən il “AXA MBASK”ın birbaşa sığorta haqları üzrə gəlirləri 21 milyon 88 min manat, sığorta ödənişləri isə 9 milyon 775 min manat təşkil edib. 2015-ci ildə bu rəqəmlər müvafiq olaraq 17 milyon 664 min manat və 10 milyon 688 min manat olmuşdu.
“AXA MBASK” 19 milyon 733 min 738 manat nizamnamə kapitalına malikdir.
31 Dekabr 2016-cı il tarixinə Şirkət 38 milyon 291 min manat cəmi aktivlərə, 18 milyon 311 min manat cəmi öhdəliklərə, 19 milyon 980 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)
