Pis gün üçün Azərbaycanın ssenariləri yoxdur
“2020-ci il və növbəti üç il üçün hazırlanmış makroiqtisadi proqnoz göstəriciləri ənənəvi olaraq bir variantda hazırlanmışdır ki, bu da iqtisadi şərtlərin pisləşəcəyi halda mümkün iqtisadi nəticələri dəqiq müəyyənləşdirmək imkanını çətinləşdirir”.
“Marja” xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Rəydə qeyd edilib ki, ölkə iqtisadiyyatı üçün ekzogen göstəricilər kimi qiymətləndirilə bilən neftin qiyməti, büdcə xərcləri kimi əhəmiyyətli göstəricilər üzrə ən azı 2 ssenarinin (pessimist və baza ssenariləri) tətbiq olunması makroiqtisadi dayanıqılılığın təmin olunmasında əhəmiyyətli rol oynaya bilər:
“Makroiqtisadi dayanıqlılığın əldə edilməsi məqsədilə neftin bir deyil, bir neçə qiymət ssenarisi əsasında qurulması qeyri-müəyyən dünya iqtisadiyyatı və bu qeyrimüəyyənliyə həssas olan neft qiymətləri şəraitində xüsusilə də aktuallaşır. 2014-2015-ci illərdə dünya bazarında azalma tendensiyası nümayiş etdirən neftin qiymətinin milli valyutanın trayektoriyasını və onun timsalında əsas makroiqtisadi göstəricilərin dinamikasını əks məcraya istiqamətləndirməsi müxtəlif ssenarilərə əsaslanan proqnozların əhəmiyyətini daha da qabartmış, təəssüf ki, bu istiqamətdə konkret addımlar atılmamışdır.
Eləcə də, büdcə xərclərinin bir neçə ssenaridə təqdim olunması kəskin fiskal konsolidasiyaya ehtiyac yaranacağı halda iqtisadi konyunktur barədə təsəvvürlərin formalaşması və xərclərdə mümkün azalmaların iqtisadi artımda hansı formada nəticələnəcəyi barədə müəyyən mənzərə yaratmış olar. Nəzərə alsaq ki, büdcə gəlirlərində neft amilinin rolunu azaltmaq prioritet məsələlərdən hesab olunur, DNF-dən olan transferlər üzrə də ssenarilərin hazırlanması bu istiqamətdə həyata keçiriləcək tədbirlərə müəyyən zəmin yaratmış olar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
- 8 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 47 d. əvvəl
-
50 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb






.jpg)
.jpg)









.jpg)








