Naxçıvan iqtisadiyyatı 1%-ə yaxın artıb
Muxtar respublikada 2017-ci ilin yanvar-fevral aylarında 332 milyon 643 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Bu barədə “Marja”ya Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 740 manata çatmışdır.
* * *
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 164 milyon 647 min 700 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 0,9 faiz üstələmişdir.
* * *
İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 96 milyon 652 min 600 manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 88 milyon 988 min 400 manatı və ya 92,1 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2017-ci ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin həcmi 8 milyon 797 min 900 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki xidmətlərin həcmi ilə müqayisədə 2,7 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin həcmi 7 milyon 217 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,6 faiz artmışdır.
* * *
2017-ci ilin yanvar-fevral aylarında 13 milyon 982 min 800 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 3443 ton ət, 4843,9 ton süd istehsal edilmiş, bir il öncəyə nisbətdə ət istehsalı 5,7 faiz, süd istehsalı 1,5 faiz artmışdır.
* * *
Əhali gəlirlərinin artımı davam edir. 2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 242 milyon 336 min 900 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faiz yüksələrək 539,1 manat təşkil etmişdir.
* * *
2017-ci ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 413,4 manat təşkil etmiş və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artmışdır.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 mart 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 55312-yə çatmışdır ki, bunun da 46982-si və ya 84,9 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-fevral aylarında açılmış 10077 bank hesabının 10063-ü aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 mart 2017-ci il tarixə 1223-ə çatdırılmışdır.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikada 38 milyon 423 min 700 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1 faiz artaraq 36 milyon 676 min 800 ABŞ dolları, idxalın həcmi 50,1 faiz azalaraq 1 milyon 746 min 900 ABŞ dolları təşkil etmiş, 34 milyon 929 min 900 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 2 milyon 826 min 400 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 746 min 500 manatı və yaxud 26,4 faizi qısamüddətli, 2 milyon 79 min 900 manatı və yaxud 73,6 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 776 min 200 manat təşkil etmişdir.
* * *
2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikaya 44 min 672 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz və ya 2847 nəfər çoxdur.
* * *
1 fevral 2017-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4638 nəfər və ya 1 faiz artaraq 449404 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
32 d. əvvəl
20–30 mart tarixlərində əlavə reyslər təyin ediləcək - “Azərbaycan Dəmir Yolları”
- 40 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu nümunəvi vergi ödəyicisi kimi təltif olunub
-
1 saat əvvəl
Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” xidmət sahəsində məşğulluğun inkişafına töhfəyə görə mükafata layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Goldman Sach: Türkiyə Mərkəzi Bankı apreldə faiz artıra bilər
-
2 saat əvvəl
"Abşeron" yatağında təbii qazın hasilatına başlanılacağı vaxt açıqlanıb
-
2 saat əvvəl
Fövqəladə ehtiyatlardan bazara çıxarılan neft barədə detallar açıqlanıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan 153 ölkə arasında 80-ci yerdə olub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
Goldman Sach: Türkiyə Mərkəzi Bankı apreldə faiz artıra bilər
Ən çox oxunanlar
Neft qiymətləri artmaqda davam edir - "ABŞ İranla bağlı bir neçə yüksək riskli hərbi variantı nəzərdən keçirir"
Bu yay "Sea Breeze" ərazisində italyan və Mərakeş restoranı açılacaq
Rəsmi məzənnələr açıqlandı
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
























