Maliyyə Nazirliyi borcların idarə olunması üçün proqram alır - 545 MİN FRANK AYRILACAQ
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov oktyabrın 25-də Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi Mukhisa Kituyi ilə görüşüb.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycanın BMT strukturlarında fəaliyyəti məmnunluqla qeyd olunub, cari ilin sentyabr ayında Maliyyə Nazirliyi ilə UNCTAD arasında Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi (DMFAS) Proqramının satın alınması və tətbiqi barədə imzalanan sənədin əhəmiyyətindən bəhs olunub.
S.Şərifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə dövlət maliyyə idarəetməsi, o cümlədən dövlət borcunun idarə olunması sahəsində həyata keçirilən islahatlar, dövlət borcunun idarə edilməsi strategiyası, habelə bu sahəyə ayrılan diqqət barədə məlumat verib.
Bu günlərdə dövlət başçısının Fərmanı ilə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradıldığını qeyd edən nazir bildirib ki, dövlət borcunun idarə edilməsi strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi borcun uzunmüddətli dayanıqlı səviyyədə saxlanılmasına, Azərbaycanın investorlar üçün cazibədar olaraq qalmasına, borc almaq qabiliyyətinin yüksək olmasına xidmət edir: “Müasir maliyyə sistemini, inkişafı borclanma olmadan təsəvvür etmək çətindir. Düzgün borclanma ölkələrin inkişafına, iqtisadi artıma şərait yaradır. Lakin düşünülmüş borclanma strategiyasının, dövlət borclanması sahəsində hesabatlılığın və uçotun olmaması ifrat borclanmaya səbəb olmaqla ölkələrin və xalqların rifahı üçün ağır maliyyə yükünə çevrilə, ölkələrin iqtisadi artımı üçün təhdid yarada bilər”.
“Dövlət borcunu idarə edən effektiv sistem dayanıqlı iqtisadi artım, idarəetmənin təkmilləşdirilməsi və yoxsulluğun azaldılması üçün zəruridir” deyən Mukhisa Kituyi isə Azərbaycanın dövlət borcunun idarə olunması sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirib. Baş katib 70-ə yaxın ölkənin maliyyə nazirliklərində və mərkəzi banklarında borc məlumatlarının etibarlı şəkildə idarə edilməsinə dəstək verən Borcların İdarə olunması və Maliyyə Təhlili Sisteminin Azərbaycanda da tətbiqinin borc idarəetmə prosedurlarının daha da asanlaşdıracağını, daha geniş təhlillərin aparılmasını, həmçinin borcla əlaqədar hesabatların daha şəffaf və qəbul olunmuş standartlara uyğun hazırlanmasını təmin edəcəyini vurğulayıb.
Sonra maliyyə naziri Samir Şərifov və UNCTAD-ın Baş katibi Mukhisa Kituyi Maliyyə Nazirliyi ilə UNCTAD arasında DMFAS Proqramının satın alınması və tətbiqi üzrə İş Planını imzalayıblar. Ümumi dəyəri 545,000 İsveçrə frankı və icra müddəti 3 il olan layihə Asiya İnkişaf Bankı (ADB) və İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi (qrant şəklində) ilə həyata keçiriləcək. Layihə çərçivəsində proqram təminatının Maliyyə Nazirliyinin daimi istifadəsinə verilməsi və Nazirliyin əməkdaşlarına müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.
Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi proqramının tətbiqi Azərbaycana borc məlumatlarının etibarlı saxlanılması, daha səmərəli şəkildə idarə edilməsi dövlət borcları ilə əlaqədar risklərin effektiv qiymətləndirilməsini, dövlət borcunun və zəmanətlərin hesabatlılığının daha da təkmilləşdirilməsi üzrə strateji məqsədlərə nail olmaq üçün mühüm töhfə verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
14 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 14 saat əvvəl
-
1 gün əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
1 gün əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
1 gün əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb

















.jpg)



