“GünayBank”ın son maliyyə vəziyyəti açıqlandı - BANK BÖYÜYÜB
“GünayBank” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) 1 milyon 11 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövründə “GünayBank”ın xalis mənfəəti 279 min manat və ya 21,6% azalıb. 2018-ci ilin 9 ayında Bankın xalis mənfəəti 1 milyon 290 min manat təşkil etmişdi.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar- sentyabr dövründə “GünayBank”ın faiz gəlirləri 15 min manat artaraq 8 milyon 903 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 817 min manat azalaraq 5 milyon 392 min manat təşkil edib.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar- sentyabr dövründə “GünayBank”ın faiz xərcləri 2 milyon 555 min manat artaraq 6 milyon 579 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 361 min manat azalaraq 5 milyon 924 min manat təşkil edib.
“GünayBank”ın cəmi gəlirlərinin 3 milyon 802 min manat azalması ilə bərabər, cəmi xərcləri 1 milyon 194 min manat artıb. Nəticədə əməliyyat mənfəəti 4 milyon 996 min manat azalaraq 6 milyon 788 min manatdan 1 milyon 791 min manata düşüb.
2019-cu ilin 9 ayında “GünayBank”ın cəmi gəlirləri 14 milyon 295 min manat, cəmi xərcləri 12 milyon 504 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 791 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 780 min manatı ehtimal olunan kredit və depozit itkilər üçün ehtiyata ayrıldığından mənfəət 1 milyon 11 min manata düşüb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ayında “GünayBank”ın cəmi gəlirləri 18 milyon 97 min manat, cəmi xərcləri isə 11 milyon 309 min manat təşkil etmişdi. Bank 6 milyon 788 min manat əməliyyat mənfəətinin 5 milyon 493 min manatını ehtimal olunan kredit və depozit itkilər üçün ehtiyata ayrıldığından 1 milyon 290 min manat mənfəət qalmışdı.
BANK BÖYÜYÜB
2018-ci ilin sonu ilə müqayisədə “GünayBank”ın cəmi aktivləri 24 milyon 211 min manat artaraq 30 Sentyabr 2019-cu il tarixində 215 milyon 412 min manat təşkil edib. 31 Dekabr 2018-ci il tarixində Bank 191 milyon 201 min manat cəmi aktivlərə malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Aktivlərin artmasının bir hissəsi müştərilərə verilən kreditlərin artması ilə bağlıdır. Cari ilin 9 ayı ərzində “GünyBank”da müştərilərə verilən kreditlər 8 milyon 800 min manat artaraq 154 milyon 210 min manata yüksəlib. Bankın digər banklara verdiyi kreditlər də 2 milyon 30 min manat artaraq 7 milyon 493 manata çatıb.
DEPOZİTLƏR DƏ ARTIB
Ötən ilin sonu ilə müqayisədə “GünyBank”da depozitlər 9 milyon 937 min manat artaraq 80 milyon 398 min manata yüksəlib. Fiziki şəxslərin depozitləri 10 milyon 630 min manat artaraq 63 milyon 447 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 693 min manat azalaraq 16 milyon 951 min manata düşüb.
30 Sentyabr 2019-cu il tarixində “GünayBank” 63 milyon 25 min manat məcmu kapitala malik olub.
30.09.2019-cu il tarixinə "GünayBank"ın maliyyə göstəriciləri
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 34 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
16 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 16 saat əvvəl
-
16 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
16 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)









