Məşhur mağaza ittiham edilir, mağaza rəqibindən şübhələnir
Bakının mərkəzində yerləşən tanınmış "Royal" musiqi alətləri mağazası dələduzluqda ittiham edilir.
Məlumata görə, "Facebook" istifadəçisi olan şikayətçi mağazada satıcıların müştəriləri aldatdıqlarını bildirir:
“Mənə məşhur, orijinal Almaniya istehsalı kimi təqdim etdikləri "Johannes Sailer" pianosu tər-təmiz Çin məhsulu imiş. Eyni zamanda, həqiqətən, Almaniyanın məşhur "Sailer" brendinin markasının adından istifadə edirmişlər. ABŞ istehsalı dedikləri "Kohler and Campbell" pianosu, Koreya mənşəli "Samick" firmasının İndoneziya zavodlarından çıxmış məhsuldur. "Ritmüller" və "Kayserburg" da Çin istehsalı imiş. Məsələ Çin və ya başqa ölkələrin mallarına yuxarıdan aşağı baxmağımda deyil. Ancaq bu mağaza açıq-aşkar Çin malına Almaniya, ABŞ məhsulu adı qoyur. Pianino 200-300 manatlıq bir şey deyil, 5-15 min, hətta 30 min manatlıq məbləğdən söhbət gedir”.
Məsələ ilə bağlı mağazadan bildirilib ki, hazırda pianino bazarında böyük rəqabət var: “Mən əmin edirəm ki, bu, rəqib mağazanın sifarişli şikayətidir. Şikayəti olan şəxs birinci mağazaya yaxınlaşıb narazlığını bildirərdi. Biz də ona sənədi-sübutu təqdim edərdik. Son bir ildə və ondan əvvəl bizə belə mövzuda şikayət edən olmayıb. Əminliklə deyirəm ki, bu, qərəzli bir şikayətdir”.
© “Report”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
44 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 47 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























