Kanalizasiya tullantısından gübrə istehsalı qaydaları nümayiş olunub
Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM) Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu (TETİ) ilə “AqriBioEkoTex” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, müqaviləyə əsasən, faydalı bakteriyalar və göbələklər vasitəsi ilə respublikada becərilən tərəvəz, bostan və kartof bitkilərinə dair birgə multidissiplinar elmi-tədqiqat işlərinin aparılması, innovasiya yönümlü metodların tətbiqi ilə ekoloji cəhətdən təmiz və səmərəli şəkildə istehsal edilən məhsullarla ölkədə ərzaq bazarının təmin olunmasına dəstək verilməsi, fermerlərə ekoloji cəhətdən səmərəli əkinçilik texnologiyalarının hazırlanıb təklif olunmasında əməkdaşlıq həyata keçiriləcək.
“AqriBioEkoTex” MMC-nin rəhbəri Əlibala Əlizadə bildirib ki, zəhərlənmiş torpaqların bərpası və ekoloji cəhətdən səmərəli kənd təsərrüfat məhsullarının becərilməsi üçün sənaye miqyasında faydalı mikroorqanizmlərin becərilməsinin elmi cəhətdən əsaslandırılmasında iştirak edilməsi, birgə təlim, seminar və elmi-praktik konfransların həyata keçirilməsi mühüm Dövlət proqramlarında, Strateji Yol xəritələrində əksini tapmış tələblərdir.
Qeyd olunub ki, “AqroBioEkoTex” MMC-nin istehsal etdiyi bioloji aktiv məhsullar və bioməhsulların institutun təcrübə sahələrində tətbiqi, eyni zamanda, kənd təsərrüfatının inkişafı üçün müasir biotexnologiyanın institutun müvafiq laboratoriyasında tətbiqinin həyata keçirilməsi təmin olunacaq.
Daha sonra institutun əməkdaşları üçün sahə nümayişi keçirilib, biohumus istehsalı, habelə xüsusi mikrobioloji preparatlardan istifadə edərək hər növ heyvan, quş peyinlərindən və kanalizasiya tullantısını fermentasiya etməklə gübrə istehsalı qaydaları nümayiş olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
56 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
57 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)
.jpg)









.jpg)








