970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Cari ilin səkkiz ayında Expressbank-ın depozit portfeli 19 % artıb

AzVak-mobil_resmin_ustu_31
Cari ilin səkkiz ayında Expressbank-ın depozit portfeli 19 % artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Ölkənin hazırda fəaliyyət göstərən banklar sırasında ilk kommersiya banklarından olan “Expressbank” həmçinin nizamnamə kapitalının həcminə görə ilk 5 bank sırasında yer almışdır.

 

Geniş çeşiddə bank məhsulları ilə seçilən Expressbank-ın hazırda 15 filialı mövcuddur. Bütün müştərilərinin etibarlı tərəfdaşı olmağa çalışan bank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşən filiallarında müştərilərə yüksək xidmət göstərməkdən və onları məmnun şəkildə yola salmaqdan böyük zövq alır.

 

Son illər ərzində daim artan depozit və kredit portfeli fiziki şəxslərin banka olan inamının bariz nümunəsidir. Belə ki, cari ilin səkkiz ayı üzrə depozit portfeli 19 % artmış, 31 avqust tarixinə isə mənfəət 29 mln. manat təşkil etmişdir. Bu göstəricilər bankın dayanıqlı inkişafını bir daha təsdiq edir.

 

Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq reytinq agentliyi olan Fitch Ratings 2019-cu ilin may ayında Expressbank-ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə (artıq 3-cü dəfə) təsdiqləyib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.

 

05.09.2019 12:48
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19