ABŞ-Çin ticarət müharibəsi Çinin oyuncaq sektorunu vurdu
Ticarət müharibəsində gərginliyin davam etməsilə ABŞ-da pərakəndə satıcıların 2019-da Asiyadan oyuncaq alışlarını ciddi ölçülərdə azaltdığı bildirilir.
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, Çin zavodlarında ilin üçüncü rübü adətən ən gərgin dövr olur və "Barbie"dən miniatür yük maşınılara qədər bir çox oyuncaq növü okeanı aşaraq bütün tətil vaxtları üçün ABŞ-a çatır. Ancaq bu il vəziyyət fərqlidir.
ABŞ Prezidenti Donald Tramp 160 milyard dollar dəyərindəki ağıllı telefonlar və oyuncaqlara əlavə gömrük tariflərini ABŞ-ın pərakəndə satıcıların işini çətinləşdirməsin deyə təxirə salmasına baxmayaraq, pərakəndə satıcılar bu vəziyyətdən çoxdan zərər görüblər. Sənaye nümayəndələrindən əldə olunan məlumatlara görə, "Walmart Inc." kimi nəhəng topdan oyuncaq satan tşirkətlər ticarət müharibəsinə qarşı qeyri-müəyyənliklər görə ehtiyatlarını çoxdan görüblər (əvvəlcədən alıb anbarı doldurublar)
Çinin oyuncaq istehsalçısı "Pinghu Mijia Product Co"nun Xarici ticarət meneceri Castin Yu, "Bu çətinliklərə sinə gərəcəyik, amma təsiri böyük olacaq" deyib.
Yu, ABŞ-ın yaratdığı kəsiri bağlamaq üçün Avropa, Orta Asiya və Afrikada yeni alıcılar axtardıqlarını bildirib. Şirkət, gəlirlərində Şimali Amerikanın payını aşağı salmağı planlaşdırır.
"Bloomberg" tərəfindən toplanan məlumatlara görə, ticarət müharibəsinin baş verdiyi ötən il Şimali Amerikalı pərakəndə satıcılar Asiyadan alışlarını 2018-in ikinci rübündə 7.9 faiz artırıblar. Bu artım 2019-cu ildə əhəmiyyətli dərəcədə azalaraq 2019-un ilk rübündə 0.2 faiz səviyyəsində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)











