“Aqro İnvest və İstehsalat”da ayrılıq - YARIM MİLYONUNU GÖTÜRÜB ÇIXIR
“Aqro İnvest və İstehsalat” MMC-nin təsisçisi təsisçilikdən çıxır. Şirkətin nizamnamə kapitalı 2 dəfə azalacaq.
“Marja” xəbər verir ki, Cəmiyyətin təsisçisinin təsisçilikdən çıxması ilə əlaqədar şirkətin nizamnamə kapitalı 500 min manat məbləğində azaldılaraq 500 min manat təyin ediləcəkdir. “Aqro İnvest və İstehsalat” MMC-nin kreditorları bir ay ərzində cəmiyyətə müraciət edə bilər.
“Aqro İnvest və İstehsalat” MMC 2015-ci ildə 1 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmışdır. Şirkətin qanuni təmsilçisi Tahirov Nemət Tahir oğludur.
“Aqro İnvest və İstehsalat” MMC balıq və balıq məhsullarının, vodkaların idxalı ilə məşğul olur. Həmçinin şirkət balıq məhsullarının istehsalı ilə də məşğuldur. “Dəniz inciləri” brendi şirkətə məxsusdur.
“Aqro İnvest və İstehsalat” iribuynuzlu heyvanların idxalı və satışı, çınqıl daşların, karton qutuların və tekstil materialların istehsalı ilə də məşğul olur.
“Bazarstore”un tədarükçüsü “Aqro İnvest və İstehsalat" MMC iyləndiyini iddia etdiyi balıq haqqında videonu sosial şəbəkələrdə yayan vətəndaşı məhkəməyə verməsi və 100 min manat təzminat tələb etməsilə ötən il mətbuatın diqqət mərkəzində idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)

















