Bank of Baku-nun İnternet Bankçılığına daxil olmaq indi daha asan!
® Ölkənin innovativ bankı – Bank of Baku, müştərilərini sevindirəcək daha bir yeniliyə imza atdı.
Belə ki, indi Bank of Baku-nun DostBank mobil tətbiqini istifadə edən müştəriləri İnternet Bankçılığa QR Login vasitəsilə daxil ola biləcəklər. Bunun üçün müştəri,
- Komputerdən İnternet Bankçılığa (https://www.e-bankofbaku.com/InterBank/login) daxil olmalı;
- “Kabinetə daxil olun” pəncərəsindən QR Login bölməsini seçməli;
- Telefonda DostBank mobil tətbiqini açmalı;
- Mobil tətbiqin QR Login hissəsinə daxil olmalıdır.
Daha sonra komputerdə olan QR kodu telefonda açılan QR Login kamerası ilə skan etmək lazımdır. QR kod skan edildikdən sonra, komputer ekranında müştərinin internet bankçılıq səhifəsi avtomatik açılacaqdır. Yəni, müştəri heç bir müştəri kodu və ya şifrə daxil etmədən internet bankçılığa rahatlıqla daxil ola və tamamilə təhlükəsiz şəraitdə bank əməliyyatlarını icra edə biləcək.
Bank of Baku-nun İT sahəsinin rəhbəri Anar Abbasov təqdim edilən yenilik barədə danışarkən bildirib ki, “Müştərilərin QR koddan istifadə etməklə internet bankçılığa sürətli, rahat və eyni zamanda təhlükəsiz daxil ola bilmələri onların simasında o qədər xoş təəccüb hissi yaradır ki, bizi QR kodlarla daha da maraqlı eksperimentlər aparmağa həvəsləndirir. Məlumat üçün bildirim ki, bu ilin sonuna qədər bizi seçən müştərilərdə “WoW effekti yaradacaq” QR kod əsaslı yeni funksiyaları təqdim edəcəyik.”
DostBank - Mobil Bankçılıq tətbiqi müştərilərə mobil telefon vasitəsilə bank əməliyyatlarını onlayn rejimdə həyata keçirmə imkanı verir. DostBank mobil tətbiqi ödənişsizdir və tətbiqi Android və ya İOS istifadəçisi olan istənilən Bank of Baku müştərisi aşağıdakı linklərdən yükləyə bilər:
- Google Play - https://bit.ly/2T2bGU3
- App Store - https://apple.co/2ysKSCO
İnternet Bankçılıq xidməti isə müştərilərə məkan və ya zaman fərqi olmadan birbaşa internet vasitəsi ilə müxtəlif bank əməliyyatlarını icra edə bilmə imkanı verən proqram təminatıdır. Qeyd edək ki, Bank of Baku İnternet Bankçılıq xidmətini indi daha yeni və müasir interfeyslə təqdim edir. Müştərilər Bank of Baku-nun rəsmi veb səhifəsində İnternet Bankçılıq bölməsinə daxil olduqdan sonra “Yeni Internet Banka keçid” düyməsinə və ya bu linkə - https://www.e-bankofbaku.com/InterBankNew/login klik etməklə istifadəsi daha rahat yeni görünüşlü internet bankçılıq səhifəsindən istifadə edə bilərlər.
Bank of Baku-nun növbəti yenilikləri haqqında daha ətraflı məlumatla, Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, Bank of Baku-nun rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 2 d. əvvəl
-
56 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Ən çox oxunanlar
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib




















