“Azərbaycan Tingçilər Assosiasiyası” İctimai Birliyi təsis olunub
Ölkədə tingçiliklə məşğul olan fiziki və hüquqi şəxslərin təşəbbüsü, Kənd Təsərrüfatı, eləcə də Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə “Azərbaycan Tingçilər Assosiasiyası” İctimai Birliyi təsis olunub.
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində hər iki nazirliyin nümayəndələrinin, tingçiliklə məşğul olan fermerlərin iştirakı ilə təsis yığıncağı keçirilib.
“Azərbaycan Tingçilər Assosiasiyası”nın əsas məqsədi tingçilikdə yeni texnologiyaların istifadəsi ilə bu sahənin inkişafına nail olmaq, tinglərə olan tələbatı yerli istehsal hesabına təmin etməkdir.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkədə aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Araz İsmayılov qeyd edib ki, son dövrlərdə ölkədə fermerlərə yaxın olmaq prinsipinə əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların sayı sürətlə artır. Şöbə müdiri əlavə edib ki, Assosiasiyalar aqrar sahənin davamlı inkişafında mühüm rol oynaya və öz töhfələrini verə bilər. Azərbaycanın tingçiliklə bağlı qədim ənənəyə və təcrübəyə malik olduğunu deyən şöbə müdiri vurğulayıb ki, yeni yaradılan Assosiasiya bu sahənin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək: “Uzaq və yaxın keçmişə nəzər salanda məlum olur ki, qədim dövrdən Azərbaycanda tingçiliklə məşğul olublar və indi də bu sahədə fəaliyyət göstərənlər var. İnnovativ texnologiyaların tətbiqi ilə ölkədə tingçiliyi inkişaf etdirmək, Azərbaycana məxsus tinglərin qorunub saxlanılması və çoxaldılmasına nail olmaq əsas məqsədlərdəndir. Ümid edirəm ki, Assosiasiya öz fəaliyyətini elmi-tədqiqat nəticəsində əldə olunmuş tinglərin yayılması və daha çox istifadəsi istiqamətində quracaq, tingçiliklə məşğul olan gənc fermer nəslinin formalaşmasına şərait yaradacaq”.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinq şöbəsinin müdiri Tofiq Rzayev bildirib ki, ölkədə tingçiliyin inkişaf etdirilməsi üçün qarşıda mühüm vəzifələr qoyulub. Azərbaycanda bu sahənin inkişafı üçün davamlı dövlət dəstəyinin göstərildiyini deyən şöbə müdiri əlavə edib ki, Assosiasiya bu istiqamətdə öz töhfəsini verə bilər.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin meşə tingliyi və toхumçuluğu sektorunun müdiri Rəhim İbrahimov çıxış edib. O qeyd edib ki, Assosiasiyanın fəaliyyəti ölkədə yeni tingçilik təsərrüfatlarının yaranmasına səbəb olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi hesab edir ki, yeni Assosiasiya tingçilikdə idxaldan asılılığın aradan qaldırılmasında da əhəmiyyətli rol oynayacaq.
Tədbirdə tingçiliklə məşğul olanlar çıxış edərək “Azərbaycan Tingçilər Assosiasiyası” İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.
Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. İclasda 7 üzvdən ibarət olmaqla İdarə Heyətinin tərkibi formalaşdırılıb. Zəfər Novruzov Assosiasiyanın İdarə Heyətinin sədri, Məhəmməd Bazarov isə İdarə Heyətinin sədrinin müavini seçilib.
Sonda Assosiasiyanın gələcək fəaliyyəti və tingçiliyin inkişafı ilə bağlı müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
14 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 15 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
23 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)






.jpg)











