Mərkəzi Bank depozit hərracı faizlərini aşağı saldı
Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
“Marja” xəbər verir ki, faiz aralığı 9-cu dəfə aşağı salınıb. Səbəb Mərkəzi Bankın uçot dərəcəsini azaltmasıdır. 29 İyul 2018-ci il tarixində keçiriləcək hibrid hərracda 100 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Şərtlərə görə, müddət 14 gün, faiz dərəcəsi 6,26% - 8,24%-dir.
Qeyd edək ki, öncəki hərraclarda faiz dərəcəsi 6,51% - 8,49% aralığında elan edilirdi.
Qaydalara görə, depozit hərracının faiz aralığı faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında müəyyən edilir. Faiz dəhlizinin aşağı həddi və uçot dərəcəsi dəyişdikdə depozit hərracında faiz aralığı da dəyişir.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.5%-dən 8.25%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.25%, aşağı həddi isə 6.25% (uçot dərəcəsinə ±2%-lik diapazonda) müəyyən edilmişdir. Bu qərar 26 iyul 2019-cu ildən qüvvəyə minib.
2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında 8,5%-ə, İyul ayında isə 8,25%-ə salındı.
Depozit hərraclarında faizlərin 14,99%-dən 6,51%-dək düşməsinə baxmayaraq tələb azalmır. Son hərraclarda tələb 1 milyard manata yaxın olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)





