Beynəlxalq Bankdan sahibkarlar üçün daha bir imkan
® Azərbaycan Beynəlxalq Bankı sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyətinə dəstək məqsədilə “Sahibkart” məhsulundan istifadə imkanlarını asanlaşdırıb. İndi hər bir fərdi sahibkar Azərbaycan Beynəlxalq Bankının onlara özəl hazırladığı kart məhsulu - “Sahibkart”ı əldə edə və öz biznes fəaliyyətində bu kartlardan faydalana bilər.
“Sahibkart” plastik kartları müştərilərin rahatlığına xidmət edir. Bu kartlardan yararlanan müştəri, ilk növbədə, vaxtına xeyli qənaət etmiş olur. Belə ki, hesaba daxil olmuş vəsaitlər haqqında məlumat almaq, hesab üzrə ödənişlər aparmaq, vəsaitləri nağdlaşdırmaqdan ötrü daha banka gəlməyə ehtiyac yoxdur. Müştəri “Sahibkart”la hesabını çox asan şəkildə idarə edə bilər. Vergi borclarını və başqa ödənişləri bu kartla internet üzərindən həyata keçirmək, onlayn alış-veriş aparmaq, hesabdakı pulu ATM-lərdə, yaxud POS-terminallarda nağdlaşdırmaq olar. Sahibkarlar bu kartlarla indi Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən, yaxud bankınxidmət ofislərindəki POS terminallarından bir ay ərzində 15 min manata qədər vəsait nağdlaşdıra bilərlər.
Azərbaycan Beynəlxalq Bankının digər plastik kartlarında tətbiq olunan İnternet Bank xidmətinə “Sahibkart”la da qoşulmaq mümkündür. “Sahibkart” əldə etmək istəyən müştəriyə yeni hesab açıla və ya kart onun Bankda əvvəlcədən mövcud olan cari hesabına bağlana bilər.
Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov deyib: “Xüsusilə kiçik və orta sahibkarlar “Sahibkart”ın üstünlüklərindən faydalanaraq vaxt itirmədən hesablarındakı vəsaitdən həm nağd, həm də nağdısz qaydada istifadə edə biləcəklər. Kiçik və orta sahibkarlarımızı filiallarımızdan “Sahibkart” əldə edib bu imkanlardan yararlanmağa çağırırıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)








.jpg)








