Vergilər Nazirliyi rüblük hesabat formalarını yeni redaksiyada təsdiq edib
Vergilər Nazirliyi məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə rüblük hesabat formalarını yeni redaksiyada təsdiq edib
Vergilər Nazirliyi "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat" (2019-cu il və sonrakı dövrlər üzrə) və "İşsizlik sığortası üzrə rüblük hesabat" (2019-cu il və sonrakı dövrlər üzrə) formalarını, eləcə də həmin hesabat formalarının tərtib edilməsi qaydalarını yeni redaksiyada təsdiq edib. Bununla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində müvafiq dəyişikliklər ediləcək və yeni hesabat formaları 2019-cu il oktyabrın 1-dən qüvvəyə minəcək.
Nazirliyin İqtisadi təhlil və uçota nəzarət departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadənin sözlərinə görə, dəyişikliklərin məqsədi vergi ödəyiciləri tərəfindən təqdim edilən "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat"ın və "İşsizlik sığortası üzrə rüblük hesabat"ın daha da asanlaşdırılmasıdır. Dəyişiklik çərçivəsində məcburi dövlət sosial sığorta sığorta məqsədləri üçün fəaliyyət növlərinin 0100, 0102, 0103, 0110, 0111 kodları birləşdirilərək 0112 kodu ilə, eləcə də 8102, 8103, 8111 kodları birləşdirilərək 8105 kodu ilə eyni zamanda, işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növlərinin 1000, 1001 kodları birləşdirilərək 1100 kodu ilə əvəz edilib. Xüsusi statusa malik təşkilatlar üzrə isə işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növünə 1200 kodu əlavə edilib.
Nümunə üçün: "A" müəssisəsi büdcədən maliyyələşən təşkilatdır. Müəssisə tərəfindən işçilərinə əmək haqları büdcə vəsaitləri və eyni zamanda xüsusi vəsaitlər üzrə ödənilir. Bu halda "A" müəssisəsi iki fərqli hesabat əvəzinə bir hesabat təqdim edəcək. Əvvəlki qaydalara əsasən, "A" müəssisəsi məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növlərinin 0102 və 0103 kodları ilə hesabat təqdim etməli idi. Lakin yeni qaydalara əsasən 2019-cu ilin 3-cü rübündən hesabat məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növünün 0112 kodu ilə təqdim edilməlidir.
Dəyişiklikdə, həmçinin, vergi ödəyicisi tərəfindən ləğv edilməsi barədə müvafiq ərizə vergi orqanına təqdim olunduğu halda cari rüb başa çatmadan məcburi dövlət sosial sığorta və işsizlik sığortası üzrə "Ləğv olunma" ilə bağlı hesabatın da təqdim edilməsi imkanı yaradılıb.
Sosial sığorta ödənişləri üzrə hesabat formalarının vahid bəyannamə şəklində optimallaşdırılması istiqamətində hazırda Vergilər Nazirliyi müvafiq işlər həyata keçirir.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 20 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib












.jpg)








