Azərbaycanın iri holdinqinə yaxın bankın qazancı 2 dəfə artıb
“Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 1-ci yarısını 5 milyon 152 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin 1-ci yarısı ilə müqayisədə Bankın xalis mənfəəti 2,2 dəfə artıb. Belə ki, 2018-ci ilin 1-ci yarısını “Azərbaycan Sənaye Bankı” 2 milyon 332 min manat xalis mənfəət ilə başa vurmuşdu.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Azərbaycan Sənaye Bankı”nın faiz gəlirləri 777 min manat və ya 6,3% artaraq 13 milyon 45 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 237 min manat və ya 2 dəfə artaraq 6 milyon 530 min manat təşkil edib.
2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Azərbaycan Sənaye Bankı”nın faiz xərcləri 531 min manat və ya 8,3% artaraq 6 milyon 930 min manat, qeyri-faiz xərcləri isə 160 min manat və ya 2,8% artaraq 5 milyon 767 milyon manat təşkil edib.
Faiz və qeyri-faiz xərcləri xaric gəlir (əməliyyat mənfəəti) 3 milyon 555 min manatdan 6 milyon 878 min manata yüksəlib.
“Azərbaycan Sənaye Bankı” ilk 6 aydakı 6 milyon 879 min manat əməliyyat mənfəətinin 403 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb (ötən il 615 min manat) və 1 milyon 324 min manat mənfəət vergisi ödəyib. Nəticədə Bank 2019-cu ilin 1-ci yarısını 5 milyon 152 min manat xalis mənfəət ilə başa vurub.
“Azərbaycan Sənaye Bankı”nın gəlirərinin xərclərindən daha çox artması, ehtiyatlara daha az ayırma etməsilə əlaqədar olaraq xalis mənfəəti kəskin artıb.
KREDİTLƏR VƏ DEPOZİTLƏR ARTIB
31 İyun 2019-cu il tarixində “Azərbaycan Sənaye Bankı” 916 milyon 160 min manat cəmi aktivlərə (o cümlədən 308 milyon 945 min manatı müştərilərə verilən kreditlər), 818 milyon 921 min manat öhdəliklərə (o cümlədən 651 milyon 633 min manatı depozitlər) və 97 milyon 238 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2018-ci il tarixində “Azərbaycan Sənaye Bankı” 822 milyon 311 min manat cəmi aktivlərə (o cümlədən 285 milyon 949 min manatı müştərilərə verilən kreditlər), 730 milyon 282 min manat cəmi öhdəliklərə (o cümlədən 558 milyon 360 min manatı depozitlər) və 92 milyon 29 min manat cəmi balans kapitalına malik idi.
İlk 6 ayda “Azərbaycan Sənaye Bankı”nın digər banklardakı depozitləri 29 milyon 839 min manat artaraq 491 milyon 72 min manata qalxıb.
“Azərbaycan Sənaye Bankı” "Azərsun Holdinq"in bankı kimi tanınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 13 saat əvvəl
-
13 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
13 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
13 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
20 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)







.jpg)










