“Meqafon”dan Azərbaycana qarşı təxribat - YENİLƏNİB
Rusiyanın "Meqafon" şirkəti Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib.
Bu barədə şirkətin Mətbuat xidmətinin rəhbəri Yuriy Kovalçuk bildirib.
“Səhvimizi düzəltmişik və ən səmimi üzrxahlığımızı edirik. Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”, - o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl “Meqafon” şirkətinin saytında qondarma “Dağlıq Qarabağ Respublikası”nda xidmətlər göstərdikləri ilə bağlı xəbər yerləşdirilmişdi. Bundan sonra Rusiyada yaşayan azərbaycanlılar "Meqafon"un abunəçisi olan həmvətənlərini sosial şəbəkələr vasitəsilə həmin şirkətlə əməkdaşlığa son verməyə çağırmışdılar.
XXX
Rusiyanın mobil operatorlarından biri olan “Meqafon” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatını davam etdirir.
Rusiyanın ölkəmizin ərazi bütövlüyünü tanımasına baxmayaraq, “Meqafon” Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edir. Hətta şirkət öz saytında qondarma “Dağlıq Qarabağı” müstəqil dövlət kimi göstərib.
Qeyd edək ki, belə məlumatların yayılması 2018-ci ilin noyabrından, şirkətə erməni əsilli Gevork Vermişyanın rəhbər təyin edilməsindən sonra daha geniş vüsət alıb.
Həmyerlilərimizdən birinin mobil operatorun müştəri xidməti mərkəzinə bu təxribatın aradan qaldırılması barədə müraciətinə “Meqafon” şirkətinin cavabı belə olub: “Bizim dövlətimiz Dağlıq Qarabağı ayrıca dövlət kimi tanıyır. Şirkətimiz isə Rusiya Federasiyasının qanunlarına uyğun olaraq fəaliyyət göstərir.”
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə səyləri, eləcə də Rusiyada yaşayan həmyerlilərimizin ciddi etirazları nəticəsində “Meqafon” şirkətinin saytında olan bu təxribat xarakterli məlumat aradan qaldırılıb.
Bu kimi qanunazidd addımların respublikamız üçün informasiya təhdidləri və dövlət təhlükəsizliyi məsələlərində ciddi problem yaratması səbəbindən Azərbaycanın mobil operatorlarının “Meqafon” şirkəti ilə əməkdaşlığı dayandıracağı nəzərdə tutulur.
Xatırladaq ki, “Meqafon” Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində telekommunikasiya xidmətlərini fəal inkişaf etdirir və öz tərəfdaşı olan “Qarabağ Telekom” şirkəti vasitəsilə rouminq xidmətləri həyata keçirir.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 35 d. əvvəl
-
-
56 d. əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
2 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
2 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 saat əvvəl
-
3 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
-
3 saat əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub




















