Prezident “Baker Hughes, a GE company” şirkətinin rəhbərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “Baker Hughes, a GE company” şirkətinin sədri, prezidenti və Baş icraçı direktoru Lorenzo Simonellini qəbul edib.
Qəbula görə minnətdarlığını bildirən Lorenzo Simonelli Prezident İlham Əliyevlə görüşdən məmnun olduğunu vurğulayıb. O, Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib və ölkəmizdə neft və qaz sənayesi, turizm, idman və digər sahələrdə əldə olunan nailiyyətlərin önəmini qeyd edib.
Lorenzo Simonelli Azərbaycanda 1840-cı illərdə sənaye üsulu ilə ilk neft quyusunun qazıldığını vurğulayaraq təmsil etdiyi şirkətin Azərbaycanın neft və qaz sənayesinin inkişafına töhfə verməsindən məmnunluq hissi keçirdiklərini deyib.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı “Baker Hughes, a GE company” şirkətinin Azərbaycanla neftayırma və digər sahələrdə əməkdaşlığının uğurlu nəticələrinin ölkəmizin enerji sektorunun modernləşməsinə töhfə verməsini yüksək qiymətləndirib. Azərbaycanda əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev ölkəmizin enerji, sənaye və digər sahələrdə böyük inkişaf əldə etməsinin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Lorenzo Simonellinin Azərbaycana səfərinin səmərəli keçəcəyinə əminliyini bildirib.
Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























