Çərəzləri hansı supermarketdən alsaq sərfəlidir?
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
Novruz bayramı münasibətilə hər bir ailə süfrəsində çərəzin olmasına çalışacaqdır. Əhalinin gəlirlərinə və marketlərdəki qiymətlərə baxdıqda ehtimal etmək olar ki, bir çox ailələr çərəzləri qıramla almalı olacaqlar.
“Marja.az” oxucularında qiymətlər barədə ilkin təəssürat yaratmaq üçün Bakıda 4 supermarketdən əsas çərəzlərin qiymətlərini öyrənib.
İlk öncə qeyd edək ki, olduğumuz supermarketlərdə satılan çərəzlər görünüşünə görə bir-birindən fərqlənir və qiymətlər də buna görə dəyişir. Bir məhsuldan bir neçə çeşiddə də satılır. Ümumiyyətlə, supermarketlərin çərəz məhsulları pis deyil. Ola bilər ki, malın yerli və ya idxal, iri və xırda və digər səbəblərə görə qiymətləri fərqli olsun.
Lakin “fərqi yoxdur, süfrəmdə çərəz olsun” deyirsinizsə, nisbətən qiymətlərin aşağı olduğu market SPAR-dır. 4 supermarketdən ən bahalısı isə Bazarstore-dur. Ola bilər ki, Bazarstore məhsullarının daha görünüşlü, dadlı və keyfiyyətli olduğunu iddia etsin. Fakt budur ki, Bazarstore -dakı qiymətlər “münasib qiymət” şuarına uyğun gəlmir. Son vaxtlar Bazarstore-un rəqibləri daha keyfiyyətli məhsullar və münasib qiymətlər ilə müştəriləri cəlb etməyi bacarırlar. Bazarstore-da əsasən “Azərsun”un istehsal etdiyi qida və qeyri-qida məhsullarının digər marketlər ilə müqayisədə ucuz olduğu müşahidə edilir.
Qeyd edək ki, qiymətlər supermarketlərdən 13 Mart tarixində mövcud olmuş qiymətlərdir. Supermarketlər hər an qiymətlərdə dəyişiklik edə bilərlər.
Ümumiyyətlə, hər bir cərəzdən 1 kiloqram alınsa ən azı 100 manat tələb olunacaq.
Bütün supermarketlərin müştəriləri çox, alverləri yüksək olsun!
Manatla
Adı | Araz | Bazarstore | Bravo | SPAR |
Qoz | 7.75 | 6.99 | 11.99 | 6.75 |
Fındıq | 7.75 | 9.45 | - | 7.75 |
Qoz ləpəsi | 19.49 | 22.66 | 21.99 | 17.90, 22.90, 26,90 |
Fındıq ləpəsi | 15.99 | 16.09 | 15.80, 20,99 | 15.99 |
İydə | 5.99 | 7.85 | 8.99 | 5.99 |
Şabalıd | 9.25 | 13.65 | - | 8.95 |
Sarı kişmiş | 6.20 | 6.59 | 5.99 | 6.20 |
Ərik qurusu | 8.99, 16.86 | 10.75 | 10.50, 13.99 | 8.99,11.60, 12.90 |
İnnab | 3.95 | 5.10 | 7.50 | 3.00 |
Quru alça | 6.70 | 6.59 | 6.50 | 6.70 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 31 d. əvvəl
-
14 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı–Bratislava–Bakı aviareysi gələn ildən açılacaq
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Ən çox oxunanlar
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi















.jpg)




.jpg)
