Niderlandın səfiri: “Niderland CQD-nin inşasına xüsusi əhəmiyyət verir”
Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Onno Kervers Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
Görüşdə Hollandiya şirkətlərinin aprelin 12-də Bakıda keçiriləcək Caspian Energy Forum – 2017-də iştirakı mövzusuna toxunulub.
Səfir ölkədə həyata keçirilən iqtisadi islahatların və Avropa investorlarının Azərbaycanın regional layihələrində və iqtisadiyyatının diversifikasiyasında iştirakının əhəmiyyətini vurğulayıb. “Azərbaycanla Niderland arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində artıq geniş əməkdaşlıq yaradılıb. Müxtəlif beynəlxalq təşəbbüslərə və Azərbaycanın mövqeyinə nəzər yetirsək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanın maraqlı layihə olduğunu deyə bilərik. Bizim Şimal-Cənub adlı nəqliyyat dəhlizimiz var. Plana əsasən, bu dəhliz Sankt-Peterburqdan Mumbaya qədər uzanmalıdır. Xəritəyə baxsaq, marşrutun bu regionla da kəsişdiyini görə bilərik. Beləliklə, infrastrukturun inkişafı və yaxşılaşması, həmçinin Xəzər dənizindəki azad ticarət zonası, sözsüz ki, bu məsələdə mühüm rol oynayacaq. Əlbəttə ki, Şimal-Cənub marşrutu ilə yanaşı, Şərq-Qərb marşrutu, yeni İpək Yolu da mövcuddur ki, bu da öz növbəsində geniş imkanlar yaradır”, - deyə səfir qeyd edib.
Bundan əlavə, Onno Kervers bildirib ki, ötən ilin dekabrında qəbul edilmiş Yol Xəritələri, həmçinin Azərbaycan iqtisadiyyatının diversifikasiyası planı Niderlandın Azərbaycanla əməkdaşlıqda can atdığı məsələlərlə yaxşı uyğunlaşır. Belə ki, prioriteti iki ölkə arasında dərin əməkdaşlıq əlaqələrinin mövcud olduğu kənd təsərrüfatı, eləcə də Hollandiya şirkətləri ilə əməkdaşlıq da daxil olmaqla Hollandiya texnologiyasının və nou-haunun tətbiqi təşkil edir. Onun sözlərinə görə, hal-hazırda bütün səylər bu hədəflərə yönəldilib.
Cənub Qaz Dəhlizinin (CQD) inşasının həyata keçirilməsinə gəlincə, səfir qeyd edib ki, Niderland CQD-nin inşasına xüsusi əhəmiyyət verir. Bilavasitə onun benefisiarı olmasa da, Avropa və Niderland dəhlizin bir hissəsi olaraq öz enerji ehtiyat mənbələrini diversifikasiya etdiyindən bu, siyasi və strateji mənada çox vacibdir.
Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə toxunub, həmşinin enerji əməkdaşlığının inkişafı məsələsindən söz açıb. Müsahibə ilə www.caspianenergy.net. saytında tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
2 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
3 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
3 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
3 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır























