Azərbaycanda qaz hasilatı 40 faizdən çox artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-may aylarında 19,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,0 faiz artmışdır.
Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 2,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 40,4 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,9 faiz, içkilərin istehsalı 59,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 47,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7 faiz, mebel istehsalı 45,8 faiz, rezin və plastik kütlə məmulatlarının, kağız və karton istehsalının hər biri 32,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, hazır metal məmulatlarının istehsalı 21,1 faiz, qida məhsullarının istehsalı 20,5 faiz, poliqrafiya məhsullarının istehsalı 19,5 faiz, əczaçılıq məhsullarının istehsalı 16,8 faiz, maşın və avadanlıqların istehsalı 15,8 faiz, tütün məmulatlarının istehsalı 14,9 faiz, tikinti materiallarının istehsalı 5,0 faiz artmış, geyim istehsalı 0,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 1,8 faiz, elektrik avadanlıqlarının istehsalı 7,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 8,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 18,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 27,7 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,0 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
20 d. əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
Ən çox oxunanlar
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb



















