Vergilər şadlıq evlərini və istixanaları yoxladı, minlərlə müqaviləsiz işçi aşkar edildi
2019-cu ildən qüvvəyə minmiş vergi qanunvericiliyindəki dəyişikliklər qeyri-dövlət sektorunda əmək münasibətlərinin tənzimlənməsi sahəsində əlverişli iqtisadi şərait formalaşdırıb. Aparılan təhlillər göstərir ki, mövcud şərtlər altında əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müəyyən şəffaflaşma prosesi getməkdədir. Belə ki, 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub.
Vergilər Nazirliyindən “Marja”ya verilən məlumata görə, bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşür.
Bildirilib ki, əmək münasibətlərinin “kölgədən” çıxması prosesi ayrı-ayrı sektorlar üzrə müxtəlif dinamika ilə davam edir. İqtisadi fəaliyyət sahələrində müsbət dəyişikliklər müşahidə olunsa da, bəzi işəgötürənlər üzrə bu prosesin gözlənilən səviyyədə olmadığı müşahidə olunmaqdadır. Bu baxımdan Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsinin qarşısının alınması, əmək haqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib.
Paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra ictimai iaşə obyektlərində və istixanalarda əmək müqavilələrinin bağlanması və əmək münasibətlərinin müvafiq qaydada rəsmiləşdirilməsinin yoxlanılması məqsədilə vergi nəzarət tədbirləri keçirilib. May ayı ərzində 32 şadlıq evində və 61 istixanada keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 1 770 nəfər fiziki şəxsin əmək müqaviləsiz işə cəlb olunduğu faktı aşkar edilib. Aşkar edilmiş faktlar üzrə birinci dəfə pozuntu halına yol verildiyi üçün maliyyə sanksiyası əvəzinə vergi ödəyicilərinə xəbərdarlıq edilib.
Bununla yanaşı, vergi nəzarəti tədbiri keçirilmiş 53 vergi ödəyicisinin fəaliyyəti üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlaməti faktları müəyyən edilib. Müvafiq araşdırmalardan sonra aşkar edilmiş faktlara hüquqi qiymət veriləcək.
Vergi nəzarəti tədbirlərinin davam etdiyi may ayı ərzində şadlıq evləri tərəfindən könüllü olaraq 1 111 nəfərlə, istixanalar üzrə 867 nəfərlə əmək müqaviləsi bağlanılaraq elektron informasiya sistemində qeydiyyata alınması təmin edilib.
Vergilər Nazirliyi əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində nəzarətin gücləndirildiyini elan etməklə bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan sərt tədbirlər görüləcəkdir. Eyni zamanda, vətəndaşlar da öz hüquqlarını tələb etməli, əmək müqaviləsinin onların əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
14 d. əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
























