AMEA-nın prezidentinin oğlu ilə gəlinin adına ev yoxdur - ŞİRKƏTDƏN AÇIQLAMA
Son günlər sosial mediada “Analoqu olmayan akademik biabırçılıq” adlı postlar paylaşılmaqdadır. Postrlarda AMEA-nın prezidenti, vitse-prezidenti və İşlər İdarəsinin müdirinin alimlər üçün tikilən binada bir neçə mənzili mənimsədiklərindən danışılır.
Qeyd edək ki, A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış binasını “Evrostroy-S” şirkəti tikib.
Şirkət nümayəndəsi iddiaların əsassız olduğunu deyib: “Sosial şəbəkələrdə ictimailəşən məsələdə tərəflərdən biri də şirkətimiz olduğuna görə məsələyə münasibət bildirməyimizin zəruri olduğunu düşündük. Əslində bu cür ittihamlarda kimlərsə, AMEA rəhbərliyini şərləmək üçün bir növ bizim adımızdan istifadə edir. Postlarda adları göstərilən şəxslərlə qeyd olunan mənzillərə dair şirkətimiz arasında heç bir müqavilə yoxdur.
Belə ki, A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış binasında 4-cü girişinin 5-ci mərtəbəsində 241 saylı 4 otaqlı (178,3 kv.m) və 242 saylı 2 otaqlı (63,4 kv.m) mənzillərin Akif Əlizad Ağamehdi oğluna (ümumi dəyəri 181.275 AZN), 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3 kv.m) və 248 saylı 2 otaqlı (63,4 kv.m) mənzillərin Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızına, 4-cü girişin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3 kv.m) mənzil (dəyəri 133.725 AZN) AMEA-nın vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına, 4-cü girişin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı (178,3 kv.m) mənzillərin dəyəri 133.725 AZN) AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına rəsmiləşdirilməsi ilə bağlı şirkətimizlə heç bir müqavilə yoxdur. Əgər kimsə belə bir müqavilənin olduğunu iddia edirsə, o yalnız saxta sənəd ola bilər.
Qeyd edək ki, sözügedən yaşayış binasında 7500 kv.m ərazidə mənzillər AMEA əməkdaşlarına təhvil verilib. Bir çox sakinlər mənzillərinə köçüb, qalanlarının da köçürülməsi üçün yekun işlər görülür”.
XXX
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, vitse-prezidenti və İşlər idarəsinin müdirinin yataqxanada yaşayan alimlər üçün tikilən binadakı evləri mənimsədiyi iddia edilir. Bu barədə təhsil eksperti Etibar Əliyev məlumat paylaşıb.
O, həmin evlərin siyahısını da təqdim edib:
AMEA-nın prezidenti Əlizadə Akif Ağamehdi oğlunun adına (Müqavilə:72;73)Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 5-ci mərtəbəsində 241saylı 4 otaqlı (178,3kv.m) və 242 saylı 2 otaqlı (63,4kv.m) mənzillər (ümumi dəyəri 181275 man);
Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə:74;75)Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3kv.m) və 248 saylı 2 otaqlı(63,4kv.m) mənzillər(ümumi dəyəri 181275 man);
AMEA-nın vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man);
AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı(178,3kv.m) mənzil (dəyəri 133725 man).
XXX
Bir qrup alim də sözügedən məsələylə bağlı müraciət edib.
Alimlərin verdiyi məlumata görə, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yaşayan yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 5 (beş) ədəd 1 (bir) bloklu 16 mərtəbəli bina tikilib. Ancaq bölgü ədalətsiz şəkildə aparıldığından ehtiyacı olan alimlər binadan mənzil ala bilməyblər:
“Yataqxanada yaşayan 118 sakinin imzası ilə gerçəkləşən layihə başa çatdıqdan sonra AMEA rəhbərliyinin başçılığı ilə aparılan ədalətsiz ev bölgüsü zamanı 50-dən çox ailə evsiz qalmaq təhlükəsi ilə üzləşib. Mənzillərin bölünməsi ilə bağlı Akif Əlizadənin rəhbərlik etdiyi qurumda yaradılmış Mənzil bölgü komissiyası heç bir qanuni əsas olmadan və ədalətsiz bölgü apararaq 50-dən artıq ailəyə mənzil verməməklə, həmin ailələrin haqlı narazılığına səbəb olub”,-deyə müraciətdə vurğulanıb.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının İşlər üzrə müdir müavini və Mənzil Komissiyasının katibi Sərdar Əliyev açıqlamasında yazılanları şər-böhtan, qərəz adlandırıb:
“Bunlar qanunazidd yanaşmalardır. Yataqxanada yaşayan ailələrin bir çoxu müəyyən səbəblərdən mənzillə təmin oluna bilmədiklərinə görə sakit oturmaq istəmirlər. İstəyirlər ki güc işlədib qanunsuz şəkildə ev sahibi olsunlar”.
S.Əliyevin sözlərinə görə, narazılıq edən vətəndaşalrın əksəriyyəti AMEA-nın əməkdaşı deyil:
“Səs-küy salanların bir hissəsi bizim işçilərimiz deyil, bir hissəsinin vaxtilə evi olub, AMEA-dan mənzil almaq üçün onu satıb, yaxud başqasına bağışlayıb. Bəzilərinin hətta indi də adına ev var. Qanunsuz olaraq AMEA-dan mənzil almaq istəkləri baş tutmayacaq. Evə ehtiyacı olan Akademiya əməkdaşlarının hamısı isə mənzillə təmin edilib”
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Musavat, “Qafqazinfo”, Modern
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
3 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
4 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
4 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb






















