Çin ticarət müharibəsində "Nadir elementləri" silah olaraq istifadə edə bilər
Çin mediasında yer alan xəbərlərdə Çinin ticarət müharibəsində "nadir elementləri" silah olaraq istifadə edə biləcəyi qeyd edilib. Çin ABŞ-a nadir elementlər ixracını məhdudlaşdıra bilər.
Çində Dövlət Planlaşdırma Agentliyin bir media hesabatına görə, Pekinin Vaşinqtonla davam edən ticarət müharibəsində "nadir elementlər" üstünlüyünü istifadə edə bilər. Dünyanın nadir elementlər ehtiyatının 40%-i Çindədir.
"Marja" xəbər verir ki, Çin Kommunist Partiyasına məxsus "People's Daily" qəzetində verilən baş məqalədə, "ABŞ ticarət müharibəsində Çinin gücünü zəif hesab etməməlidir" deyilir.
Məqalədə, "sonra xəbərdar etmədiyimizi deməyin" deyiminə yer verilib. Bu spesifik ifadə qəzetdə bundan əvvəl Çinin 1962-ci ildə Hindistan ilə müharibəsindən öncə istifadə edilmişdi. Aprel ayında isə Çin Kommunist Partiyasına bağlı olan "Qlobal Times" qəzetində ,"Çinin diplomatik dilinə dost olanlar bu ifadənin nə mənanı verdiyini çox yaxşı bilərlər" deyilmişdi. Bu söz eyni zamanda 1979-cu ildə Çinin Vyetnam ilə əlaqələri pozulmadan əvvəl də istifadə edilmişdi.
"People's Daily" Çinin "Ticarət müharibəsində ABŞ-a cavab olaraq nadir elementlərin istifadə edilib istifadə edilməyəcəyini söyləmək çətin deyil" yazıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Kimyəvi elementlərin bir qrupu ümumi ad ilə "Nadir elementlər" adlandırılır. Nadir element dedikdə, yer qabığında miqdarı adi elementlərdən xeyli az olan və xassələrinin lazımi dərəcədə öyrənilməməsi ilə əlaqədar olaraq, tətbiqi məhdud çərçivədə olan elementlər nəzərdə tutulur: Li, Be, Ga, Ge, V, Se, Re, Rb, Sr, Sc, Kr, Nb, Te, Cs, İn, Hf, Ta, Y, Tl, La və lantanoidlər.
Nadir elementlərdən mobil telefon, kompyuter, batareya, kamera, lampa, ekran, külək turbinləri, lazerlər, fiber optik kabellər və s məhsulların istehsalında istifadə olunur.
Ən çox nadir element ehtiyatlarına malik olan ölkələr.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)






.jpg)







